Kerri: Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil

U.S. Secretary of State John Kerry looks on prior to his talks with Italian Premier Mario Monti, not pictured, at Chigi Palace government office, in Rome, Thursday, Feb. 28, 2013. (AP Photo/Riccardo De Luca)

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil

Oxu.Az xəbər verir ki, bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib.

Kerri hesab edir ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb.

Onun sözlərinə görə, “bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların “hazırda” nizamlanma mümkünlüyü nəzərdən keçirilmir, “ilk öncə ona görə ki, liderlər buna hazır deyillər”.

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr “mürəkkəbdir, lakin onları keçmişdə buraxmağın üsullarını görmək mümkündür, əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR