Axar.az xəbər verir ki, bunu öz seçicilərinə müraciəti zamanı Fransa prezidentliyinə namizəd, eks-prezident Nikola Sarkozi söyləyib. Onun sözlərinə görə, məhz bu amil Fransa və Almaniyanın AB-ni birgə idarə etməsinə səbəb olmalıdır:
“AB-nin bütün anlaşmalarını yenidən gözdən keçirmək lazımdır. 30 il sonra Nigeriya, Çin, Hindistan kimi ölkələrin əhalisi artacaq. Bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Biz Fransada Fransaya aid bir islam yaratmalıyıq. Fransada müsəlmanlar rahat yaşamalıdır. İslamla radikal dindar terrorçuları qarışdırmaq düzgün deyil”.
Qeyd edək ki, Almaniya da “alman islamı” adlı proqramın icrasına başlamaq barədə qərar verib.