Səfir Abbasəli Həsənovun qudası Miryusif Mahmudov məhkəmədən nələri gizlədir?

sefirFərhad Əliyev komandasının üzvü olduğu deyilən İsaq Həsənzadənin “kartof” qalmaqalı isə hələ də davam edir…

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb. Hakim bildirib ki, Q.Novrozuvun səhhəti ilə bağlı verilən rəydə qeyd olunub ki, onda qara ciyərin hepatit C virus mənşəli serrozu, şəkərli diabet, arterial hipertenziya, xroniki xolesistit, xroniki prostatit xəstəlikləri müəyyən edilib: “Bu xəstəliklər ağır kliniki gedişə malikdir və xəstənin müalicəyə ehtiyacı var. Adekvat müalicələr davam etdirilmədiyi təqdirdə, qeyd olunan xəstəliklər kəskinləşərək arzuolunmaz sonluqla nəticələnə bilər”.

binyet7Dövlət ittihamçısı bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil: “Buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur”.

Təqsirləndirilən “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov sərbəst ifadəsinə davam edib. O bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: “Yanğın başlayandan yarım saat sonra MTN-nin xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə vermmirəliyəm? Mən həyatımı mübarizəyə həsr etmək istəmirəm, mən yaşamaq istəyirəm. MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yola getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi. MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq qabağıma 3 kağız qoyub imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə, fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumlara lazımi sənədləri vermişdik. Mənə mütəşəkkil dəstə yaratmaq ittihamı verilib, amma burdakıları elə burda tanımışam”.14011828_279891179050949_45125401_n-1

Prosesdə təqsirləndirilənlərdən biri, “Dərnəgül Boru Zavodu” QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub. Proses davam etdiriləcək (qafqazinfo).

Qeyd edək ki, son zamanlar ölkə mətbuatında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı İsaq Həsənzadə və onun 19 may 2015-ci ildə baş vermiş bina yanğını ilə bağlı istintaqa cəlb olunan, amma dindirmədən sonra “qeybə çəkilən” oğlu Anar Həsənov barəsində müzakirələr səngimək bilmir. Anar Həsənov isə hazırda həbsdə olan Miryusif Mahmudovun kürəkənidir və o, “Global Holding”ə daxil olan inşaat şirkətlərindən birinə rəhbərlik edib, eyni zamanda M.Mahmudovdan sonra holdinqdəki ən mühüm şəxslərdən hesab olunub. Xatırladaq ki, bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən sahibkar Aydın Bağırov tanınmış səfirin qardaşı İsaq Həsənzadə tərəfindən aldadıldığını bildirmişdi. A.Bağırovun sözlərinə görə, İ.Həsənzadə ondan aldığı kartofun müqabilində borclu qaldığı 20400 dollar pulu mənimsəyib və qaytarmaq istəmir.

bez-nazvaniyaAgentliyin Qafqaznews.azKavkaznews.az saytlarında da bu haqda yazılar dərc olunub. İsaq Həsənzadə Aydın Bağırova borclu qaldığını və hətta vaxtilə deputat seçkilərində Gədəbəydən millət vəkili seçilmək üçün yüzminlərlə manat xərclədiyini Qafqaznews.az-a etiraf edib, lakin məbləğ məsələsində tərəflərin fikri düz gəlmir. Eyni zamanda, İsaq Həsənzadə əməkdaşımızla söhbətində Aydın Bağırova 10 min manat verəcəyini və bununla da borcunun bitəcəyini bildirib. Lakin şikayətçinin sözlərinə görə, İsaq Həsənzadə ona 20400 ABŞ dolları (32 min manatdan çox) pul verməlidir. Bu, məsələnin başqa tərəfidir. Biz İsaq Həsənzadənin yüzlərlə TIR-a, müxtəlif mağazalara və mebel salonlarına sahib olması barədə iddiaları dərc etmişdik. Lakin onun iki dəfə deputatlığa namizəd olduğu, 2005-ci ildə seçkilərə az qalmış qəfildən namizədliyini geri çəkməsi barədə məlumatlar da əldə etmişdik.

İsaq Həsənzadənin deputat seçkiləri vaxtı təşviqat kampaniyasına külli miqdarda (beş yüz min manata yaxın) vəsait xərclədiyi və ziyana düşdüyü barədə Aydın Bağırova etiraf etməsi, özünün də əməkdaşımızla söhbətində bunu təsdiqləməsini artıq yazmışıq. Belə olduğu halda, İsaq Həsənzadə niyə seçkilərdən geri çəkilib, onu bu dərəcədə “ziyana salan” səbəb nə olub? Bu mövzuda Kavkaznews.az saytına danışan sabiq deputat Nazim Məmmədov (Bəydəmirli) bildirib ki, “İsaq Həsənzadənin Fərhad Əliyevin siyahısında olması barədə məlumatlar yayıldıqdan sonra, o, öz namizədliyini geri çəkmişdi”.

Araşdırma zamanı, ölkə mətbuatındakı məlumatlardan onu da öyrənmişdik ki, Miryusif Mahmudovun kürəkəni Anar Abbasəli oğlu Həsənov da yanğından sonra istintaq orqanlarında dindirilib, lakin dindirmədən dərhal sonra ölkəni tərk edib: “Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb” (report.az).

Əgər Anar Həsənov yanğına görə məsuliyyət daşıyan şirkətlərdən birinin rəhbəri idisə, onun istintaqda dindirildikdən az sonra ölkəni tərk etməsi suallar doğurur. Aydındır ki, bəzi məsələlərlə bağlı hüquq mühafizə orqanlarından Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verilmir və bir sıra məqamlar “istintaq sirri” olaraq dəyərləndirilir. Lakin yenə də maraqlıdır, Anar Həsənovun tələm-tələsik Azərbaycanı tərk etməsinə nə səbəb olub? Biz Anar Həsənovun hazırda harda olması ilə maraqlandıq, lakin müxtəlif versiyalarla rastlaşdıq. Kimi onun Avropada yaşadığını, kimi isə elə Tacikistanda, atasının yanında olduğunu bildirdi. Qeyd edək ki, ölkə mətbuatında yazılanlara görə, A.Həsənovun qudası Miryusif Mahmudova məxsus “Global Construction” şirkətinin ilk işi sərhəd qoşunları üçün Gəncə-Samux zonasında hərbçilər üçün kazarma tikmək olub.

Sonra isə “Global Construction” şirkəti Dövlət Sərhəd Xidmətinin Akademiyasının tikintisini həyata keçirib. Bir sözlə, böyük layihələrə imza atıb… Eləcə də, Dövlət Miqrasiya Xidmətinin əsas binasını da “Global Construction” şirkəti tikərək istifadəyə verdiyi barədə məlumat əldə etmişik. Məhkəmə iclasında Miryunis Mahmudov təsisçilərdən biri haqqında söz açıb. Lakin bu həmtəsisçinin kim olması hələ də cəmiyyətə açıqlanmır. Eləcə də, Anar Həsənovun “qaibliyi” hələ də suallar doğurmaqdadır. Bu barədə bəzi məlumatları oxuculara növbəti yazılarda açıqlayacağıq. Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

Qafqaznews.az

Mövzuya dair linklər:

http://qafqaznews.az/2016/08/az-rbaycanin-tacikistandaki-s-firind-n-prezident-sikay-t-olundu-m-tn/

http://qafqaznews.az/2016/08/az-rbaycan-xin-s-firl-rinin-m-n-vi-simasi-maraqlandirmir/
http://qafqaznews.az/2016/08/diplomatlarimizin-kartof-sogan-biznesi/
http://qafqaznews.az/2016/08/s-fir-abbas-li-h-s-novun-adi-hallanan-kartof-qalmaqali-boyuyur-arasdirma/
http://qafqaznews.az/2016/08/az-rbaycanin-tacikistandaki-s-firinin-qardasi-pul-atmaq-da-ittiham-olunur/
http://qafqaznews.az/2016/08/sabiq-nazir-f-rhad-liyevl-s-fir-abbas-li-h-s-novu-n-birl-sdirir-nuanslar/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR