Novruz Məmmədov: “Con Kerrinin bəyanatı bizi çox təəcübləndirir və məyus edir”

26461357-55e3-4916-b7be-66f40bfbe6d7_292“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycanı həddindən çox təəcübləndirir və məyus edir”

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdeyib.

“Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün töhfəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində (bilirsiniz ki, bir müddətdən sonra seçkilər olacaq) olan bir rəsmisinin belə bəyanat verməsi çox məyusedici və təəcübləndiricidir”, – deyə N.Məmmədov vurğulayıb.

Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, C.Kerrinin bəyanatını diqqətlə oxuyanda məlum olur ki, orada Ermənistan və Azərbaycan liderləri sözü yoxdur: “Orada deyilir ki, liderlər buna hazır deyil. Bunun çox böyük əhəmiyyəti və mənası var. Bunu həmişə nəzərə almaq lazımdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR