Binəqədidə etiraz aksiyası keçirilir – FOTOLAR

bineqedi-etirazBinəqədi rayonu, Matadrom qəsəbəsinin sakinləri etiraz aksiyası keçirirlər.

Musavat.com xəbər verir ki, 100-ə yaxın sakin Bakı-Sumqayıt magistral yolunu bağlayıb və nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.

Onlar yaşadıqları ərazinin yaxınlığında metronun “Avtovağzal” stansiyasının depo tuneli qazıldığı üçün yeraltı təkanlar nəticəsində evlərinə zərər dəydiyini bildirirlər.

Qəsəbə sakinləri bildirirlər ki, 70-ə yaxın evə zərər dəysə də, aidiyyatı qurumlar onların problemləri ilə maraqlanmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, əhalini ərazidən uzaqlaşdırmağa çalışırlar.

***

Nəzərinizə çatdıraq ki, Binəqədi rayonu, “3-cü mədən” (Qəsəbə Binəqədi) ərazisində yaşayan sakinlərin “AzPolitika.info”ya verdiyi məlumata görə, artıq bu ərazidə yaşayan sakinlər də kütləvi etiraz aksiyası keçirmək niyyətindədirlər. Belə ki, bu ərazi sakinləri uzun müddətdir ki, SU-dan ciddi əziyyət çəkirlər. Sakinlərin dediyinə görə, su 10 gündən bir verilir!

bineqedi-etiraz1 bineqedi-etiraz2 bineqedi-etiraz3 bineqedi-etiraz4 bineqedi-etiraz-300x225

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR