EL hərəkatının lideri polisin asılmasını təklif edir

 Ziyalılar Birliyinin orta əsr düşüncəli sədri Eldəniz Quliyev

Özünü,gah olmayan Ziyalılar Birliyinin sədri, gah EL hərəkatının lideri adlandıran Eldəniz Quliyev neçə ildir ki, qəzet səhifələrində “fırtına” yaratmaqla gündəmdə qalmaq, yəni öz mövcudluğunu bu formada göstərmək istəyir.577567_449136 copy Bu hər şeydən yarımçıq adam, yarımçıq ziyalı, yarımçıq rejissor, yarımçıq dramaturq dəfələrlə müxtəlif tanınmış şəxslərin “bostanına daş ataraq” onları sanki bilərəkdən konfliktə çəkir, bir müddət bu mövzu ilə olmayan papağını günə verir. Neçə ildir öz köhnə şakərindən heç cür əl çəkə bilməyən Eldəniz Quliyev son günlər sosial şəbəkələrdə polislərin ünvanına ağzına gələn sözləri deyir, polisləri təhqir edir, aşağılayır, onlara böhtan atır. Birincisi, biz kiməsə vəkillik etmək fikrində deyilik, sadəcə belə məqamda bitərəf qalmaq olmur. Həm də mahiyyətcə sağlam, qərəzsiz tənqidin əleyhinə deyilik, əksinə obyektiv tənqidin tərəfdarıyıq. İkincisi, özünü nəinki ziyalı, hətta Ziyalılar Birliyinin sədri hesab edən şəxs ahıl yaşında tənqidlə təhqiri, böhtanı ayırd edə, fərqləndirə bilmirsə, ataların “qırxında öyrənən…” məsəli yada düşür. Ziyalılar Birliyinin sədri özünün sonuncu açıqlamasında bildirir ki, bəzi polisləri asmaq lazımdır…. Biz başa düşürük ki, bütün peşə sahiblərinin arasında yarıtmaz, işinin öhdəsindən gələ bilməyən, mənəviyyatsız şəxslər olduğu kimi, polislərin də arasında da belələri var və olacaq. Guya müəllimlərin, həkimlərin, ziyalıların, siyasilərin və s . arasında belə şəxslər yoxdur..? Amma bəzi xoşagəlməz şəxslərə görə bir peşənin sahiblərini təhqir edəsən, aşağılayasan, onlara böhtan atasan…bu heç bir əndazəyə, ölçüyə sığmır. Digər ən vacib məqam odur ki, XXI əsrdə yaşayan, özünü ziyalı, dramaturq hesab edən şəxs hələ də orta əsr dilində danışır…POLİSİ ASMAQ LAZIMDIR…

Bu adam hələ də anlamır ki, ASMAQ-la dünyada hələki heç bir problem öz həllini tapmayıb. Digər tərəfdən bura sənin üçün hansısa geridə qalmış Şərq ölkəsi deyil ki, ASASAN, ƏLİNİ-QOLUNU KƏSƏSƏN-ŞALLAQLAYASAN VƏ S. Bura, müasir dəyərlərə üstünlük verən, qanunlara, konstitusiyaya söykənən ölkədir, cənab Eldəniz Quliyev. Deyəsən şifariş aldığın ölkənin qayda-qanunlarını Azərbaycana gətrimək istəyirsən…Yəqin söhbətin nədən getdiyini başa düşdün… Eldəniz Quliyev deyir ki, sosial şəbəkədə yayımlanan fikirlər məhkəmə predmeti ola bilməz. Birincisi, bu belə deyil. Amma lap tutaq ki, belədir, bəs sənin öz vicdadına nə gəlib ki, polisləri hamılıqla təhqir edirsən. Həm də unutmamalıyıq ki, erməni işğalçıları əliyalın, ordusu olmayan Azərbaycana hücum edəndə Azərbaycan polisi əhalimizi vəhşi ermənilərdən qoruyub, yüzlərlə şəhid veib, nə qədər polis əməkdaşı döyüşlərdə əlil olub.

Belə olan halda Azərbaycan polisini necə təhqir edirsən, cənab ziyalı? Belə olan halda haqlı olaraq təhqir olunan respublikanın çoxsaylı polis əməkdaşları Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək Eldəniz Quliyevin məhkəməyə verilməsini və bununla da məsələnin hüquqi müstəvidə həll edilməsini xahiş ediblər. Çoxsaylı şikayətlər nəzərə alınıb və sənədlər toplanaraq Cinayət Məcəlləsinin 147 ( təhqir ) və 148-ci ( böhtan ) maddələriylə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub. Əlbəttə, cənab Daxili İşlər Naziri Ramil Usubov dövlətə, dövlətçiliyə, cəmiyyətə bağlı insandır və yəqin ki, yaranmış problemin aradan qaldırılması üçün ən düzgün variant da zamanı çatanda özü təklif edəcək. Bunu cənab nazirin keçdiyi həyat yolu da göstərib. Ancaq qarşı tərəf də heç olmasa öz səhvini dərk etməlidir. Bunun əvəzində Eldəniz Quliyev sonuncu açıqlamasında deyir ki, mənə qarşı iddia siyasi motivlərlə bağlıdır. Görəsən, Eldəniz Quliyev siyasi iddia deyəndə nəyi nəzərdə tutur? Bəlkə, bir həsir, bir Məmmədnəsir EL Hərəkatını..? Eldəniz Quliyev deyir ki, məni susdurmaq istəyirlər… Səni susdurmaq kimə lazımdır, cənab Quliyev?

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR