Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

1e08842e-1131-44c7-a8d3-3cd7a2836cceFransada minlərlə insan ənənəvi ailə modelinə dəstək aksiyası keçiriblər. “Report” Frans Press agentliyinə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, 23-24 min insan küçələrə axışaraq eynicinsli nikahlara etirazını bildirib.

Aksiya zamanı polis 13 nəfəri saxlayıb. Onlardan 6 nəfər FEMEN hərəkatının aktivistləri olublar. Aksiya zamanı həmin şəxslərin soyunduqları bildirilir. Daha 7 nəfər isə qanunsuz silah gəzdirdikləri üçün saxlanılıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR