Sahibkardan Baş prokurora və vergilər nazirinə şikayət olundu

vergilerprokrorluq-1365info.az saytına Vergilər Nazirliyindən məlumat daxil olub. Məlumatda deyilir ki, Nərimanov sakini Babayev Ağababa İlqar oğlu Baş prokuror Zakir Qaralova və Vergilər Naziri Fazil Məmmədova müraciət edib. Müraciətin bir nüsxəsi də Vergilər Nazirliyində olan mənbə tərəfindən 365info.az saytının redaksiyasına göndərilib. Müraciətin tarixi 12.07.2016 cı il olduğu üçün bizə də maraqlı gəldi ki, görəsən Baş Prokurorluq və Vergilər Nazirliyi vətandaşın müraciəti əsasında nə tədbirlər keçirib?

Müraciəti olduğu kimi oxuculara təqdim edirik.

Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova,

Vergilər Naziri cənab Fazil Məmmədova,

Surəti: Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevə

Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı ev 7/19 mənzil 109 yaşayan Babayev Ağababa İlqar oğlu tərəfindən

                                                                            MÜRACİƏT

Hörmətli Baş prokuror, Hörmətli cənab nazir! Siz hər zaman qanunsuzluğa, dələduzluğa qarşı olmuş, sadə vətəndaşların və dövlətin mənafeyi naminə çalışmışsınız. Buna görə sizə minnətdarlığımı bildirir və yaşadığım ərazidə üzləşdiyimiz bir problemi diqqətinizə çatdırıram.

Yazıb Sizə bildirirəm ki, yaşadığım Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın həyətində dəmirdən olan bir köşkdə Ərzaq mağazası adı ilə qida məhsulları, meyvə-tərəvəz və ərzaq mallarının ticarət-alveri aparılır. Bu alverə Əbdül adlı şəxs başçılıq edir. Bu şəxs neçə illərdi bizim həyətdə ticarət alveri ilə məşğul olsa da, qonşular tərəfindən ondan mal alanlara, aldıqları malın çekini vermir. Hətta dəfələrlə şahidi olmuşam ki, qonşular tərəfindən ondan alınan malların pulu kassaya da vurulmur. Özüm azacıq apardığım araşdırma nəticəsində qonşular tərəfindən əldə etdiyim məlumata görə, Əbdül kişi ərazi üzrə vergi orqanlarının əməkdaşlarına aylıq rüşvət verdiyi üçün, uzun illərdir aylıq-illik dövriyyəni vergidən gizlədir.

mehlemarket222Hörmətli Baş prokuror, Hörmətli cənab nazir! Apardığım digər araşdırma nəticəsində mənə məlum oldu ki, dəmir köşk bizim həyətdə, yəni Aşıq Alı küçəsi 7/19 binanın həyətində yerləşsə də, bu obyekt vergilər orqanlarından Bakı şəhəri Nərimanov rayonu F.Xoyski küçəsi 118-də yerləşən ərzaq mağazası kimi qeydiyyatdan keçib. Mən də bir vətəndaş olaraq özümə borc bildim ki, bu barədə şəxsən Sizə müraciət edim. Çünki Əbdül kişi kimi dırnaq arasında özünü “sahibkar” sayan şəxslər çox olsa və onunla yerli vergi orqanlarının əməkdaşları əlbir olaraq cinayətlərinə göz yumsalar, Vergilər Nazirliyi dövlətin büdcəsini hansı vəsaitlə yığa bilər?! Buna görə də, Sizdən xahiş edirəm, yuxarıda qeyd etdiyim məsələnin araşdırılmağında biz vətandaşlara köməklik edəsiniz. Bu, bir mənim yox, hər bir vətandaşın borcudur ki, bu cür məlumatları hüquq mühafizə orqanlarına, vergi orqanlarına xəbər versin.

Cənab Zakir Qaralov, cənab Fazil Məmmədov! Ona görə də, xahiş edirəm ki, aidiyyatı üzrə Aşıq Alı küçəsi 7/19 binanın həyətində yerləşən obyektlə bağlı araşdırma aparılması üçün müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə, Babayev Ağababa İlqar oğlu

365info.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR