Kreml Ukraynanın etiraz notasına münasibət bildirib

e09b36a4c37ea992f1b9be69cf832480Rusiya prezidentinin ölkənin hər hansı regionuna, o cümlədən Krıma səfər etmək hüququ var

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin Vladimir Putinin Krıma səfəri ilə bağlı etiraz notasına münasibət bildirərkən deyib.

“Ukrayna ənənəvi olaraq etiraz edir. Biz də ənənəvi olaraq bu etirazları diqqətə almırıq. Prezident lazım bildiyi regiona səfər edir. Bu, Rusiyanın daxili işidir. Bunun heç bir dövlətə, o cümlədən Ukraynaya dəxli yoxdur”, – deyə D. Peskov bildirib.

Qeyd edək ki, V. Putin dünən Krımın Yalta şəhərində keçirilən Ümumrusiya Xalq Cəbhəsi Forumunun plenar iclasında iştirak edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR