“Hacıbala Abutalıbovun övladı da dəmir xətkeşlə döyülsəydi, nə edərdi?”

4a84b2160acc Aytən Hüseynova: “Artıq ay yarımdır ki, məktubuma yazılı cavab ala bilmirəm”

Oktyabrın 1-də Qafqaznews.az-da “Yasamal polisi 38 saylı bağçadakı hadisəni ört-bastır edir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, bundan əvvəl Qafqaz Xəbər Agentliyinə müraciət edən 38 saylı Uşaq Bağçasının sabiq tərbiyəçisinin direktor Sədaqət Qəribova ilə məhkəmə çəkişməsi barədə də xatırlatma verilmişdi. Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar. A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə müraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı.

İyulun 4-də isə Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildirmişdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə onun işə qayıtmasıyla bağlı qərar qəbul edib. Bu günlərdə isə öyrəndik ki, 38 Uşaq Bağçası-Körpələr Evinin direktoru Sədaqət Qəribova bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sözügedən mübahisədə və məhkəmə çəkişməsində Aynur Mahmudovanı müdafiə edənlərdən biri də, Aytən Hüseynova adlı valideyn olmuşdu. Sentyabrın 19-da Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova bildirdi ki, onun övladı bağçada zorakılıq və təzyiqlərlə üzləşir.

“Sədaqət Qəribova mənimlə düşmən kəsilib, hətta “Açıq qapı” günlərində belə bağçaya girə bilmirəm. Orda nə baş verir, xəbərimiz olmur. Rus dili bilməyən bir tərbiyəçini Aynur xanımın yerinə qoyublar, o da uşaqlara “İdi, papa prişla za toboy” deyir, dərdi-səri uşaqları tez yatırıb, o biri qruplardakı tərbiyəçilərlə danışmaqdır. Özünün məktəbdə oxuyan qızını bağçaya gətirir, o isə qızımı cımcıqlayıb”, – deyə A.Hüseynova bildirdi.

Onun sözlərinə görə, 12957126_969750096424566_132449918_n-1-2-1-1-1-1Elnarə müəllimə adlı tərbiyəçi dəmir xətkeşlə uşaqları vurur, cımcıqlayır və üstlərinə qışqırır. “Ötən həftə, sentyabrın 8-də Elnarə müəllimə qızım Fatiməni döyüb. Öyrəndim ki, vaxtaşırı uşaqları dəmir xətkeşlə də cəzalandırırmış…

Sentyabrın 9-da getdim onun yanına, dedi elə şey olmayıb. Tələb etdim ki, mənə kamera yazısını göstərsin. Dedi ki, Sədaqət xanım qoymur, ona deyərəm. Sonra bayram günləri oldu. Sentyabrın 14-də getdim, dedilər ki, kamera yazısı beş gündən sonra silinir. Ən ucuz kameranın belə yaddaşı bir ay olur. Necə ola bilər bu? Əgər bu bağçada övladlarımızın təhlükəsizliyi qorunmursa, biz onları Sədaqət Qəribovaya necə etibar edə bilərik?

Bakı Şəhər İcra Hakimiyyətində Teymur müəllimə müraciət elədim, sonra çağırdılar məni. Orda tanımadığım bir valideyn də gəlmişdi. Onun uşağı Aynur Mahmudovanın qrupunda olmayıb. Amma nədənsə, həmin valideyn mənə qarşı dərhal söz hücumuna keçdi ki, “Aynur Mahmudova ora qayıtmayacaq”.img-20161029-wa0008

Mən məəttəl qaldım, axı bura qızımın döyülməsinə görə gəlmişəm… Deməli, bunların dərdi elə mənim Aynur Mahmudovanı müdafiə etməyim imiş. Bakı Şəhər İcra Hakimiyyəti də bir tədbir görmədi. Sentyabrın 15-də Yasamal RPİ-nin 27-ci polis bölməsinə müraciət etmişəm. Ümid edirəm, onlar bu məsələni obyektiv araşdıracaqlar. Kamera yazısını məndən gizlədirlər, əminəm ki, kamera yazısı üzə çıxsa, çox əməllərin üstü açılacaq (Qafqaznews.az).

Sentyabrın 30-da Aytən Hüseynova yenidən bizimlə əlaqə saxladı. “Artıq 3 həftədən çoxdur ki, mən öz səsimi heç kimə eşitdirə bilmirəm. Sahə rəisi Eldəniz Hüseynov mənə deyir ki, burda cinayət halı yoxdur. Belə çıxır ki, valideyn gedib tərbiyəçinin cəzasını şəxsən verməlidir, onda cinayət olsun? Eldəniz Hüseynov məndən soruşur ki, nə etmək fikrindəsiniz? Anlamıram, polisin işi araşdırmaq və tədbir görməkdir. Mənim səlahiyyətim yoxdur, Eldəniz Hüseynovdan xahiş etdim ki, kameranın yaddaşının dəyişdirilib-dəyişdirilmədiyini araşdırsın, amma o, bunu edə bilməyəcəyini deyir.

Bakıda firmalar var ki, bu işin üstünü aça bilərlər. Amma heç kim heç nə etmir. Bakı ŞİH-dən Murad müəllim eləcə deyir ki, kameranın yaddaşı 5 gündür. Məktəbə qədər Müəssisələr və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov isə mənə deyir: “Siz uşağın üstündə çox əsirsiniz, hər şeyi böyüdürsünüz”. Biz Bakı Şəhər Körpələr Evləri və Uşaq Bağçaları İdarəsi ilə və sözügedən sahə rəisi Eldəniz Hüseynovla əlaqə saxlasaq da, bu məsələnin elə Aytən Himg-20161029-wa0009üseynovanın dediyi kimi, ləngimə şəraitində qaldığını öyrəndik. Belə ki, Eldəniz Hüseynov bizə hələ bağça direktoru Sədaqət Qəribova ilə danışmadığını, məsələni “mütləq araşdıracağını” bildirdi. Bakı Şəhər Körpələr Evləri və Uşaq Bağçaları İdarəsi isə kamera yazısının 5 gündən artıq qalmadığını dedi və yazılı müraciət etməyi tövsiyə etdi.

Oktyabrın 28-də Qafqaz Xəbər Agentliyinə müraciət edən Aytən Hüseynova qeyd etdi ki, sentyabrın 16-da Hacıbala Abutalıbovun adına yazdığı müraciətə hələ də cavab almayıb. “Mən yenidən Murad müəllimə zəng elədim, dedim ki, Eldar Yunusov mənə övladıma fanatik yanaşmamağı tövsiyə edirdisə, bunu yazlı surətdə göndərsin. Mən öz müraciətimə cavab tələb edirəm, onlar isə ay yarımdır uzadırlar. Mənim qızım 1 aydır bağçaya getmir. Onlar isə məsələni araşdırıb, uşaqları dəmir xətkeşlə döyən müəllimi və bağçanı rüşvət ocağına çevirən direktoru cəzalandırmırlar. Mən belə anladım ki, Hacıbala Abutalıbov və Eldar Yunusov bağça direktorunu himayə edir. Görəsən, onların uşaqları da dəmir xətkeşlə döyülsəydi, nə edərdilər? Onlar uşaqlarımızın təhlükəsizliyini təmin edə bilmirlərsə, niyə o vəzifədə qalırlar?”, – deyə Aytən Hüseynova vurğuladı.

Biz Bakı Şəhər Körpələr Evləri və Uşaq Bağçaları İdarəsi ilə əlaqə saxlamağa çalışsa da, cəhdlərimiz nəticəsiz qaldı. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Nailə Məmmədova da zənglərimizə cavab vermədi. Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti övladının döyüldüyünü iddia edən valideynə yazılı şəkildə cavab göndərərək, bu və digər məqamlara aydınlıq gətirəcək.

Rüfət Əhmədzadə

Qafqaznews.az
Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/10/yasamal-polisi-38-sayli-bagcadaki-hadis-ni-ort-bastir-edir/
http://qafqaznews.az/2016/09/polis-38-sayli-usaq-bagcasinda-bas-ver-n-hadis-ni-arasdirmaq-ist-mir/
http://qafqaznews.az/2016/09/bagcada-t-rbiy-ci-qizimi-doyub-amma-kamera-yazisini-gizl-dirl-r/
http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyinin-daha-bir-q-l-b-si-hakim-m-nim-isim-qayitmagimla-bagli-q-rar-verdi/
http://qafqaznews.az/2016/05/125968/
http://qafqaznews.az/2016/05/bas-prokurorluq-korrupsiya-haqqinda-sikay-tl-ri-cavabsiz-qoymaga-davam-edir/

http://qafqaznews.az/2016/04/baki-meriyasi-ictimaiyy-ti-aldadir-video-audio/

http://qafqaznews.az/2016/04/usaq-bagcasinda-kutl-vi-qizdirma-hallari-bas-verir-s-hiyy-nazirliyi-t-dbir-gormur/
http://qafqaznews.az/2016/04/bas-prokurorluq-korruprsiya-haqqinda-sikay-tl-r-diqq-t-ayirmir/
http://qafqaznews.az/2016/04/118724/
http://qafqaznews.az/2016/04/valideynl-r-x-rac-od-m-kd-n-imtina-edirl-r/
http://qafqaznews.az/2016/04/bagca-direktorunun-biznes-f-aliyy-ti-sikay-t-video-audio/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR