“07”nin sürücüsü avtobusu belə “cəzalandırdı” – (Video)

Bakıda avtobus sürücülərinin özbaşınalığından cana-boğaza yığılan təkcə sərnişinlər deyil, həm də sürücülərdir. 62775_res_01

Avtobusun qırmızı işıqdan keçdiyini görən «07» sürücüsü onun qarşısını kəsib. Bu video deyilənləri bir daha təsdiq edir. Bakıda baş vermiş bu maraqlı olay nə qədər təhlükəli olsa da, avtobus sürücülərinə qarşı mübarizənin bir göstəricisidir. Belə ki, svetoforun qırmızı işığında hamı dayanıb gözləyir. Lakin özünü «ağıllı» sayan avtobus sürücüsü qarşı yola çıxaraq sürətlə hərəkət edir və qırmızı işıqdan keçir. Qarşı yolda svetoforda dayanan qırmızı rəngli «VAZ-2107» markalı avtomobilin sürücüsü isə avtbus sürücüsünün bu kobud hərəkətinə özünəməxsus tərzdə cavab verir. Belə ki, «07»-nin sürücüsü idarə etdiyi avtomobillə avtobusun qarşısına atılır və onun yolunu kəsməyə çalışır. Lakin avtobus sürücüsü bir qədər cəld hərəkət edərək qəzadan yayına bilir və yoluna davam edir. Düzdür, «07» sürücüsünün bu hərəkəti olduqca təhlükəlidir. Çünki sürətlə hərəkət edən avtobus onun üstündən keçə bilərdi.

Bütün hallarda, bu onu göstərir ki, artıq hər kəs avtobus sürücülərinin özbaşınalığından bezib. Hələ ki, gec deyil. Aidiyyatı qurumlar söz xatirinə yox, əməli işə keçib bu sahədə ciddi tədbirlərə başlamalıdır (avtosfer.az).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR