İran parlamenti yeni nazirləri təsdiqləyib

iran-vsİran parlamenti prezident Həsən Ruhani tərəfindən təhsil naziri, mədəniyyət naziri, idman və gənclər naziri vəzifələrinə təqdim olunmuş namizədləri təsdiqləyib

APA-nın Tehran bürosunun məlumatına görə, parlamentdə keçirilən səsvermədə Məsud Sultanifərin gənclər və idman naziri vəzifəsinə təyin edilməsinin lehinə 175 nəfər, Seyid Rza Salehi Əmirinin mədəniyyət naziri vəzifəsinə təyin edilməsinin lehinə 192 nəfər, Əhməd Daneş Aştiyaninin  təhsil naziri vəzifəsinə təyin edilməsinin lehinə 157 nəfər səs verilib.

İran parlamentində 290 millət vəkili var.

Qeyd edək ki, prezident Həsən Ruhaninin səlahiyyət müddətinin bitməsinə 8 ay qalır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR