Federal Təhqiqat Bürosu Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır
Klinton Fondu Qətər hakimiyyətindən 1 milyon dollar qəbul edib.
Modern.azsaytı xarici mediaya istinadən xəbər verir ki, bu, bu ilin oktyabrında “WikiLeaks” saytında “Clinton Foundation” əməkdaşının bir yazışmasının dərc olunmasından sonra məlum olub.
Məlumata görə, ABŞ-ın sabiq prezidenti Bil Klinton və demokratların prezidentliyə namizədi Hillari Klintonun xeyriyyə fondu olan bu təşkilat Qətər hakimiyyətindən 1 milyon dollar qəbul etdiyini və bu barədə Dövlət Departamentini xəbərdar etmədiyini etiraf edib.
“Clinton Foundation” əməkdaşı yazışmasında qeyd edib ki, Qətər təmsilçiləri 2012-ci ildə Nyu-Yorkda B. Klintonla görüşmək istədiklərini və 2011-ci ildə ad günü münasibəti ilə vəd edilən 1 milyon dollarlıq çeki ona vermək istədiklərini bildiriblər.
Telekanalın məlumatına görə, Klinton Fondu Dövlət Departamentini məlumatlandırmadan 1 milyon dolları Qətər hakimiyyətinin hədiyyəsi kimi qəbul etdiyini etiraf edib.
Federal Təhqiqat Bürosu (FTB) Klinton Fondunun fəaliyyəti ilə bağlı araşdırma aparır. FTB Klinton Fondunun pul müqabilində xidmət göstərib-göstərmədiyini, bu yardımın həmin dövrdə dövlət katibi olan H. Klintonla bağlı olub-olmadığını üzə çıxarmağa çalışır.