İraq ordusu Mosul yaxınlığındakı şəhəri İD-dən azad etdi

irakİraq ordusu Mosuldan 25 km cənubda yerləşən Hamam əl-Alil şəhərinin “İslam ordusu” (İŞİD) yaraqlılarından azad edildiyini bəyan ediblər, ordu şəhərin aeroportuna doğru hərəkət edir

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Daha öncə İraq ordusunun  Mosulun azad edilməsi üzrə əməliyyata başlanmasından sonra İŞİD-in iki mindən çox yaraqlısını zərərsiləşdiridyinə və qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin şəhərdən qaçmasına dair məlumat yayılmışdı.

“Hammam əl-Alil şəhərinin tam azad edilməsindən sonra federal polis qüvvələri Mosulun beynəlcxalq aeroportuna yola düşüblər”, – İraq ordusunun mətbuat xidməti bəyan edib.

Mosuldan 25 km şərqdə dəclə çayının sahilində yerləşən Hammam əl-Alil şəhəri 2014-cü ildən İŞİD yaraqlılarının nəzarətində idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR