Ukraynanın DİN rəhbəri “çılpaq” müavinini müdafiə etdi – FOTO

8f7f386cc931f86d231036c6163e819d__980x-1Ukraynanın Daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yeni müavini 24 yaşlı Anastasiya Deyevanı müdafiə edərək, gənc xanımın belə yüksək vəzifəyə təyin edilmə səbəbini izah edib. Oxu.Az Life-a istinadən xəbər verir ki, onun sözlərinə görə, onun yeni əməkdaşı  işgüzar, ünsiyyətcil olmaqla və eyni zamanda bir neçə dil bilməklə yanaşı, həm də əsl vətənpərvərdir. O, Anastasiyanın sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq şəkillərini də şərh edib. DİN rəhbərinin sözlərinə görə, hər bir insan şəxsi şəkillərini paylaşa bilər, çılpaq şəkillərə qəzəblənənlər isə riyakardırlar. “Bir sıra şərhçilərin tərbiyəsiz ifadələri heç bir faktı təsdiqləmir, şərhlər sadəcə onları yazanların alçaqlığının səviyyəsini nümayiş etdirir”, – Arsen Avakov bildirib. Xatırladaq ki, 24 yaşlı Anastasiya Deyeva keçən həftə DİN rəhbərinin müavini təyin edilib, o, Avropaya inteqrasiya məsələlərinə kuratorluq edəcək.

1ukr21479105710 2ukr31479105710 tumblr_mwppsytqca1shjeimo4_1280 tumblr_mwppsytqca1shjeimo7_r1_1280-1024x771

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR