“Ustanı dükanda qoyub aparatını satdım” – Parket vurdurmaq istəyən oğru – VİDEO

insaat-2Suraxanı Rayon Polis İdarəsinə parket ustası işləyən vətəndaş ərizə ilə müraciət edərək, istifadə etdiyi aparatın oğurlandığını bildirib.

ARB TV xəbər verir ki, zərərçəkənin sözlərinə görə, bir nəfər gənc oğlan ona yaxınlaşaraq, mənzilinin döşəməsinə parket vurdurmaq istədiyini deyib.

Dərhal taksiyə əyləşib adı olub, özü olmayan ünvana yollananda şəxs taksini tikinti materialları mağazasının yanında saxlatdırıb və usta avtomobildən düşüb mağazaya girəndə, cavan oğlan taksiylə və onun içərisindəki parket aparatı ilə birgə yoxa çıxıb. Ustanın gözündən uzaq düşən dələduz polisdən qaça bilməyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yaşlı Alqayıt Haqverdi oğlu Məmmədov saxlanılıb.

Alqayıt Məmmədov – Saxlanılan şəxs: “Ustanı fəhlə bazarından götürüb, mənzil təmiri ilə bağlı Suraxanıya gətirdim. Onu inşaat malları dükanında qoyub aparatı da aparıb satdım”.

4 il əvvəl narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyinə görə məhkum olunan Alqayıt Məmmədov bu dəfə CM-nin dələduzluq maddəsi ilə ittiham olunur.

Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR