Olland Monika Belluçini Fəxri Legion ordeni ilə təltif edib – FOTO

734481Fransa prezidenti Fransua Olland italiyalı aktrisa Monika Belluçini Fəxri Legion ordeni ilə təltif edib

Belluçinin rəsmi “Instagram” səhifəsində mərasimdən çəkilən fotoşəkil və video yerləşdirilib.

Oxu.Az xəbər verir ki, paylaşımın altında fransız və ingilis dillərində “Çox sevindik. Fransa və prezident Ollanda Fəxri Legion ordeninə görə minnətdarıq” sözləri yazılıb.

Mərasim Yelisey sarayında baş tutub.

Fəxri Legion ordeni ölkənin ən ali mükafatlarındandır. Orden Napoleon Bonapart tərəfindən 1802-ci ildə təsis edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR