Bu qadının əşyalarına 500 min il toxunulmayacaq – FOTOLAR

265416“Müasir fizikanın anası” adlandırılan məşhur fizik və kimyaçı Mariya Kürinin şəxsi əşyalarına hələ 500 min il toxunmaq mümkün olmayacaq
Polyak əsilli fransız kimyaçı Mariya Küri aplastik anemiya xəstəliyindən vəfat edib. O polonium və radium elemetlərinin kəşfi zamanı apardığı təcrübələr zamanı nadir xəstəliyə düçar olub.
Küri yeganə qadındır ki, həm fizika, həm də kimya sahəsində Nobel mükafatına layiq görülüb. Onun tədqiqatları uranın kəşfinə də yardım edib.
Kürinin ölümündən 100 il keçməsinə baxmayaraq, geyimləri, laboratoriya mebelləri, kitabları, qeyd kağızları və digər əşyaları hələ də radioaktiv maddələrə yoluxub. Ona görə də, Kürinin şəxsi əşyaları Parisin Milli kitabxanasında qurğuşun qablarda saxlanılır.
Onun əşyalarına baxmaq istəyən kitabxana ziyarətçiləri, radiuma yoluxacağı təqdirdə məsuliyyəti öz boynuna götürməsi haqda müqavilə imzalayır. Bununla belə, ziyarətçilər hələ, 500 min il ərzində Kürinin əşyaları ilə ehtiyatlı davranmalı olacaq.
Qeyd edək ki, Küri radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini üzərində talisman kimi gəzdirib. O, ölərkən cəsədi radioaktiv şüalanmaya məruz qaldığı üçün qurğuşun tabutda basdırılıb.(Publika.az)

qaynarimage857436 qaynarimage76161 qaynarimage215321 qaynarimage218391 qaynarimage221701

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR