MSK-nın keçmiş sədrinin nəvəsi danışdı

http_95-86-135-60_bpictures_picture118128“Bu Hüseyn Hacıyevin mənə qarşı hazırladığı təxribat idi” 

Dünən qafqaznews.az-a daxil olan məlumatda bildirilirdi ki, 18 fevral 2014-cü il tarixdə təxminən saat 10:00 radələrində Səbail rayonu ərazisində zorakılıq hadisəsi baş verib.

Belə ki, Dövlət Dəniz Adminstrasiyasının yaxınlığındakı binanın sakini Fariz Şahbazov əslən şəmkirli iş adamı Hüseyn Hacıyev və onun RİAD Təhlükəsizlik Xidmətinin əməkdaşları olan mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb.

Hadisəyə müdaxilə etmək istəyən binanın komendantı Anar Səttarzadə də mühafizəçilərin hücumuna məruz qalıb.

Bu gün zərərçəkən Fariz Şahbazovla telefon əlaqəsi saxladıq. Zərərçəkən bildirdi ki, baş verən hadisə əvvəlcədən ona qarşı planlaşdırılmış təxribat idi:”Belə ki, mənim yaşadığım bina iş adamı Hüseyn Hacıyevlə digər şəxsin şərikliyi ilə tikilib. Hüseyn Hacıyev hər ay binanın sakinlərindən qanunsuz olaraq pul yığır, belə demək mümkündürsə, reketlik edir, məndən hər ay 150 manat pul tələb edir. Mən dəfələrlə buna etiraz etmişəm və sakinlərə demişəm ki, qanunsuz pul verməyin.

Mənim bu hərəkətlərim Hüseyn Hacıyevin xoşuna gəlmirdi. Digər tərəfdən Hüseyn Hacıyev istəyirdi ki, öz istədiyi adamı binaya komendant təyin etsin. Biz sakinlər isə şəffaf qaydada Anar Səttarzadənin binanın komendantı olmasına razılaşdıq. Ona görə də Hüseyn Hacıyev mənə qarşı təxtibat hazırlamışdı. Bütün bunlara görə Hüseyn Hacıyev guya maşını orada saxlamaq səbəbindən mənə söyüş söydü və məni vurdu. Mən özümü müdafiə eləmək istəyəndə onun RİAD-ın əməkdaşları olan mühafizəçiləri məni vəhşicəsinə döyməyə başladılar. Sonra səs-küyə gələn binanın komendantına da hücum etdilər.

Hazırda mən və binanın komendantı məhkəmə-tibb ekspertizasına müraciət etmişik, hər ikimiz ağır kəllə-beyin travması almışıq. Səbail RPİ-nin 8-ci Polis Bolməsi işi araşdırır.

Bizimlə söhbətində zərərçəkən Fariz Şahbazov onu da bildirdi ki, RİAD TX-nin rəisi Etibar Qasımov öz əməkdaşlarını cəzalandırmaq əvəzinə  ona zəng edərək hədə-qorxu gəlməyə başlayıb:”Və bildirdi ki, guya mən onu söymüşəm. Mən isə ona bildirdim ki, mən sizi ümumiyyətlə tanımıram, tanımadığım adamı necə söyə bilərəm ?!”.

Zərərçəkən onu da bildirdi ki, Hüseyn Hacıyevin ikili vətəndaşlığı var, o, eyni zamanda Almaniyanın vətəndaşıdır. Və alman banklarının birindən götürdüyü kreditlə qanunsuz olaraq həyat yoldaşının adı ilə tikinti biznesi ilə məşğul olur. Bu qanunlara ziddir.

Məlumat üçün qeyd edək ki, Fariz Şahbazov MSK-nın keçmiş sədri mərhum Cəfər Vəliyevin nəvəsidir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR