İş adamı Hüseyn Hacıyevin “komendant sistemi”-FOTO

snimok-kopiyaSakinlər  “CLUB HOUSE”la bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdilər

 Qafqaz  Xəbər Agentliyinə ( qafqaznews.org ) Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 ünvanda yaşayan sakinlər tərəfindən çox maraqlı müraciət daxil olub. Müraciətin qısa məzmunu belədir:

Sakinlərin yaşadığı bina iş adamı Hüseyn Yaqub oğlu Hacıyev və başqa bir şəriki tərəfindən inşa olunub. Və hazırda hər bir sakin yaşadığı mənzili özəlləşdirib. Lakin Hüseyn Hacıyev  sakinlərdən əl çəkmək istəmir. Sakinlərə hədə-qorxu gəlməklə binada  “komendant sistemi” yaradıb. Və sakinləri məcbur edir ki, hər ay xeyli miqdarda pul ödəsinlər.snimok-kopiya

Hüseyn Hacıyev sakinlərin etirazına baxmayaraq binaya istədiyi şəxsi komendant təyin edir, ona istədiyi maaşı verir.

Dəfələrlə sakinlər Hüseyn Hacıyevə bildiriblər ki, binanın idarə olunması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə sakinlərin müstəsna hüququdur. Ancaq Hüseyn Hacıyev qanunları vecinə almır, özünü zorla binanın sahibi kimi aparır.

Bütün bunlar azmışskanirovat-2 kimi  Hüseyn Hacıyev  binanın xərcləri barədə sakinlərə heç bir məlumat vermir. Xərcləri yalandan şişirdir  və arada özü üçün külli miqdarda pul qazanır.

Məsələnin digər neqativ tərəfi odur ki, Hüseyn Hacıyevin “təyin elədiyi komendant”  Roman İsmayılov özünə, işçilərinə, mühafizəçilərə, xadimələrə və s. istədiyi maaşı yazır və üstəlik vergidən yayınır. Heç kim bilmir ki, Roman İsmayılov  bu işçilərə görə sosial müdafiəyə, vergiyə nə qədər pul ödəyir…1-4

Hüseyn Hacıyev öz qanunsuz əməllərini guya “qanuniləşdirmək” üçün “CLUB HOUSE” adlı “kantor” da yaradıb. Və Fiziki şəxs  qismində ( VÖEN N 1901875122 )  Roman İsmayılovu “kantor”a  komendant da təyin edib.

Məlumdur ki, Bakı şəhərində mənzillərin xərcləri 1 kv.m-ə görə ən çoxu 30-35 qəpik arasındadır. Ancaq Roman İsmayılovun sakinlərə zorla imzalatmaq istədiyi müqavilədə 1 kv.ə görə sakinlərdən 85 qəpik alınır, yəni real qiymətdən təxminən 3 dəfə baha.

Binanın xərcləri arasında duz xərcinə də ( 1150 manat ) rast gəldik. Görəsən, Hüseyn Hacıyev 1150 manat dəyərində duzu nə üçün işlədir. Biz hələ 2041 manat dəyərində “sair xərclər”i demirik. Görəsən, bu balaca “kantor”da 2041 manat “sair xərc” nə ola bilər?

Hər ay bu binadan külli miqdarda pul yığılır. Bina sakinləri tələb edir ki, bu qanunsuzluğa son qoyulsun və  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi buradakı korrupsiya hallarını araşdırsın.

Qafqaznews.az

1-724x10241-1

1-21-3

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR