Bağçadan qanunsuz qovulan tərbiyəçi Bakı Apellyasiya Məhkəməsində də qalib gəldi

ad-copyBundan əvvəl Qafqaznews-da 38 saylı Uşaq Bağçası-Körpələr Evindəki işindən qanunsuz çıxarıldığını iddia edən Aynur Mahmudovanın və müxtəlif valideynlərin şikayətləri dərc olunmuşdu. Dekabrın 6-da isə Bakı Apellyasiya Məhkəməsində bağça direktoru Sədaqət Qəribovanın A.Mahmudovanın işinə bərpa olunması ilə bağlı Yasamal RM-in qətnaməsindən şikayəti rədd olunub.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi 38 saylı bağçanın direktoru Sədaqət Qəribova ilə münaqişəsinə görə işdən çıxarılan tərbiyəçi Aynur Mahmudovanın işinə bərpa olunması və onun məcburi işdən kənarlaşdırıldığı günlərə görə əmək haqqının ödənilməsi ilə bağlı qərar çıxarmışdı. Bu barədə Qafqaznews-a məlumat verən Aynur Mahmudova bildirib ki, 12957126_969750096424566_132449918_n-1-1hakim İlham Əsədov Yasamal RM-in qətnaməsini qüvvədə saxlayıb.c26a34fd6df87fdaa30aedf288733621

O, mart ayından bəri ona dəstək verən Qafqaz Xəbər Agentliyinə, valideynlərə, nümayəndəsi Azər Quliyevə, məsələni nəzarətdə saxlayan millət vəkilləri Aqiyə Naxçıvanlıya, Aytən Mustafayevaya ,Əli Hüseynliyə, Hadı Rəcəbliyə və Elşad Həsənova, ombudsman Elmira Süleymanova və baş nazirin müavini Elçin Əfəndiyevə təşəkkür etdiyini bilidirib.

“Valideynlər də sağ olsunlar mənə inandılar, arxamda durdular. Həmçinin  Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova xüsusi təşəkkürümü bildirirəm”,- Aynur Mahmudova əlavə etdi.

“Hakim ötən iclasda qarşı tərəfin nümayəndəsinə bizi barışdırmağı təklif etdi, amma iddiaçı tərəfi bildirdi ki, Aynur Mahmudovanın bağçaya qayıtması mümkün deyil. Anlamıram, bağça Sədaqət Qəribovanın şəxsi mülküdür? Bakı Şəhər İcra Hakimiyyətindəki bəzi məmurlar Sədaqət Qəribovanı necə himayə edirlərsə, o, artıq özünü hakimi-mütləq zənn edir. Lakin bu dövlətin qanunları var, məhkəməsi var… Və mən inanıram ki, bu ədalətsizliyə son veriləcək, 8 ay almadığım məvacibim də mənə ödəniləcək”, – deyə A.Mahmudova vurğuladı.

Rüfət Əhmədzadə

Qafqaznews

Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/11/38-sayli-usaq-bagcasinda-bir-usagi-nec-y-q-bul-edirl-r-audio/
http://qafqaznews.az/2016/10/yasamal-polisi-38-sayli-bagcadaki-hadis-ni-ort-bastir-edir/
http://qafqaznews.az/2016/09/polis-38-sayli-usaq-bagcasinda-bas-ver-n-hadis-ni-arasdirmaq-ist-mir/
http://qafqaznews.az/2016/09/bagcada-t-rbiy-ci-qizimi-doyub-amma-kamera-yazisini-gizl-dirl-r/
http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyinin-daha-bir-q-l-b-si-hakim-m-nim-isim-qayitmagimla-bagli-q-rar-verdi/
http://qafqaznews.az/2016/05/125968/
http://qafqaznews.az/2016/05/bas-prokurorluq-korrupsiya-haqqinda-sikay-tl-ri-cavabsiz-qoymaga-davam-edir/

http://qafqaznews.az/2016/04/baki-meriyasi-ictimaiyy-ti-aldadir-video-audio/

http://qafqaznews.az/2016/04/usaq-bagcasinda-kutl-vi-qizdirma-hallari-bas-verir-s-hiyy-nazirliyi-t-dbir-gormur/
http://qafqaznews.az/2016/04/bas-prokurorluq-korruprsiya-haqqinda-sikay-tl-r-diqq-t-ayirmir/
http://qafqaznews.az/2016/04/118724/
http://qafqaznews.az/2016/04/valideynl-r-x-rac-od-m-kd-n-imtina-edirl-r/
http://qafqaznews.az/2016/04/bagca-direktorunun-biznes-f-aliyy-ti-sikay-t-video-audio/
http://qafqaznews.az/2016/10/hacibala-abutalibovun-ovladi-da-d-mir-x-tkesl-doyuls-ydi-n-ed-rdi/



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR