İslam Həmrəyliyi Oyunlarına qatılacaq 50 ölkə – SİYAHI

bdc715215c3d6967ace5d1240558283a3596Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 50 ölkənin adı dəqiqləşib

Apasport.az saytının əldə etdiyi məlumatına görə, artıq bu komandaların nümayəndələri bu gün paytaxtımızda işə başlayan şef-de-missionların seminarına qatılıb.

Siyahıda Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan var. Lakin ölkələrin sayının artması da istisna deyil. İslam Həmrəyliyi İdman Federasiyasından baş katibi Faisal Abdulaziz Al-Nassarin sözlərinə görə, bu rəqəm 57-yə çata bilər.

Qeyd edək ki, yarışa 50 ölkənin qatılması belə, Oyunlar tarixində rekorddu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR