Amerikanın Ohayo ştatında yolda 50-yə yaxın avtomobil toqquşub, nəticədə 19 nəfər xəsarət alıb.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fox 8” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisəyə kəskin şəkildə dəyişən hava şəraiti səbəb olub. Kütləvi qəzanın iştirakçılarından biri avtobus olub.
Leyk dairəsinin polis idarəsində xəsarət alanlardan beş nəfərin xəstəxanada ağır vəziyyətdə olduğu bildirilib.
Yol müvəqqəti olaraq bağlanılıb.