Ombudsman aparatı Bakı şəhər İcra Hakimiyyətinə etiraz etmək cəsarətində deyil

ombDekabrın 6-da Bakı Apellyasiya Məhkəməsində bağça direktoru Sədaqət Qəribovanın A.Mahmudovanın işinə bərpa olunması ilə bağlı Yasamal RM-in qətnaməsindən şikayəti rədd olunub. Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi 38 saylı bağçanın direktoru Sədaqət Qəribova ilə münaqişəsinə görə işdən çıxarılan tərbiyəçi Aynur Mahmudovanın işinə bərpa olunması və onun məcburi işdən kənarlaşdırıldığı günlərə görə əmək haqqının ödənilməsi ilə bağlı qərar çıxarmışdı (qafqaznews).

Mayın 2-də kavkaznews saytında “Ombudsman Aparatı korrupsiya haqqında şikayətləri araşdırmır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda 38 saylı bağçanın sabiq tərbiyəçisi Aynur Mahmudovadan sitat gətirilirdi. Həmin yazıda deyilirdi ki, bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova Qafqaznews-a müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib.

22 illik peşə təcrübəsinə malik olduğunu deyən A.Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib.

“Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə işdən çıxarılmışam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib. A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir. S.Qəribova bəyan edir ki, onun arxasında qohumu, sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb.

12957126_969750096424566_132449918_n-1-1Sabiq tərbiyəçi kavkaznews-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”. BŞİH yanında Uşaq Evləri və Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəis müavini Fəxrəndə xanımın fikrini öyrənməyə çalışdıq (təəssüf ki, soyadını bildirmədi – red.). “Biz bu şikayəti yoxladıq, təsdiqini tapmadı”, – deyə Fəxrəndə xanım kavkaznews bildirdi. “Valideynlərlə görüşdünüzmü?” deyə soruşduq.

“Bəli”, – deyə Fəxrəndə xanım təsdiqlədi. “Və onlar deyiblər ki, 38 saylı bağçada rüşvətxorluq haqqında məlumat həqiqətə uyğun deyil?”, – deyə soruşduq. “Bəli, onlar belə də deyiblər” – deyə BŞİH nümayəndəsi cavab verdi. “Siz valideynlərdən kimlərlə görüşdünüz?” – deyə soruşduqda Fəxrəndə xanım dəstəyi asdı: “Sizin suallara cavab vermək istəmirəm”.

Xatırladaq ki, 38 saylı bağçada təhsil alan uşaqlardan birinin valideyni Aytən Hüseynova Ombudsman Aparatına məktubla müraciət edərək, sözügedən bağçada baş verənlərlə bağlı yoxlama aparmağı xahiş edib. Mayın 6-da A.Hüseynova bizə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının cavabını təqdim etdi. Məktubda bildirilir ki, şikayətə baxmaq Bakı ŞİH-ə həvalə olunub.

“Aparılan araşdırmalar zamanı, 38 saylı uşaq bağçasında uşaqların sayının normadan çox olması və valideynlərdən aylıq ödəniş tələb olunması barədə məlumatlar öz təsdiqini tapmayıb. Valideynlər Bakı ŞİH nümayəndələrinə bildirib ki, onların övladları 38 saylı Körpələr Evi – Uşaq Bağçasında heç bir problemlə üzləşməyib. Onlar həmçinin bildiriblər ki, heç bir aylıq ödəniş ödəmirlər və bağçada gigiyenik şərait yüksək səviyyədədir”, – deyə məktubda yazılıb.

Dekabrın 9-da Aynur Mahmudova bizimlə əlaqə saxlayıb. “Bu yaxınlarda məni və bəzi valideynləri Ombudsman Aparatına çağırdılar. Bizimlə Aparatın Adil adlı əməkdaşı görüşdü. O bildirdi ki, icra hakimiyyəti artıq uşaq bağçasında yoxlama keçirib. “İcra hakimiyyətinin nümayəndələri heç bir mənfi hal aşkar etməyiblər. Bağçada hər şey qaydasındadır” – deyə Adil bildirib.

Aynur Mahmudovanın sözlərinə görə, Ombudsman Aparatının əməkdaşının fikirləri valideynləri qəzəbləndirib. “Onlar bildiriblər ki, onlara şəhər icra hakimiyyətinin mövqeyi bəllidir. “Biz sizə öz tədqiqatınızı aparmanız xahişi ilə müraciət etmişik. Siz icra hakimiyyətinə etiraz etməyə cəsarət etmirsiniz?”, – deyə onlar Adildən soruşdular. Təəssüf ki, Adil onlara cavab vermədi”, – Aynur Mahmudova məlumat verib.s200_rashid-rumzada

Ombudsman Aparatının nümayəndəsi bizə bildirdi ki, onun idarəsi öz təhqiqatını apara bilər. “Hər şey edilən sorğulardan və alınan cavablardan asılıdır”, – deyə o Kavkaznews-a bildirib. “Araşdırma apara bilər ya aparmalıdır?”- jurnalistimiz soruşdu. “Bu, bəyanatda qarşıya qoyulan problemin mahiyyətindən və irəli sürülən iddialardan asılıdır. Qoy Aynur Mahmudova Ombudsman Aparatına yenidən müraciət etsin”, – Rəşid Rumzadə məsləhət görüb.

R.Həsənoğlu

Kavkaznews
Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/12/bagcadan-qanunsuz-qovulan-t-rbiy-ci-baki-apellyasiya-m-hk-m-sind-d-qalib-g-ldi/
http://qafqaznews.az/2016/11/38-sayli-usaq-bagcasinda-bir-usagi-nec-y-q-bul-edirl-r-audio/
http://qafqaznews.az/2016/10/yasamal-polisi-38-sayli-bagcadaki-hadis-ni-ort-bastir-edir/
http://qafqaznews.az/2016/09/polis-38-sayli-usaq-bagcasinda-bas-ver-n-hadis-ni-arasdirmaq-ist-mir/
http://qafqaznews.az/2016/09/bagcada-t-rbiy-ci-qizimi-doyub-amma-kamera-yazisini-gizl-dirl-r/
http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyinin-daha-bir-q-l-b-si-hakim-m-nim-isim-qayitmagimla-bagli-q-rar-verdi/
http://qafqaznews.az/2016/05/125968/
http://qafqaznews.az/2016/05/bas-prokurorluq-korrupsiya-haqqinda-sikay-tl-ri-cavabsiz-qoymaga-davam-edir/

http://qafqaznews.az/2016/04/baki-meriyasi-ictimaiyy-ti-aldadir-video-audio/

http://qafqaznews.az/2016/04/usaq-bagcasinda-kutl-vi-qizdirma-hallari-bas-verir-s-hiyy-nazirliyi-t-dbir-gormur/
http://qafqaznews.az/2016/04/bas-prokurorluq-korruprsiya-haqqinda-sikay-tl-r-diqq-t-ayirmir/
http://qafqaznews.az/2016/04/118724/
http://qafqaznews.az/2016/04/valideynl-r-x-rac-od-m-kd-n-imtina-edirl-r/
http://qafqaznews.az/2016/04/bagca-direktorunun-biznes-f-aliyy-ti-sikay-t-video-audio/
http://qafqaznews.az/2016/10/hacibala-abutalibovun-ovladi-da-d-mir-x-tkesl-doyuls-ydi-n-ed-rdi/



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR