SSRİ-nin ən gənc qadın naziri – FOTO

_-3SSRİ-nin ən gənc xanım naziri olmuş Nəbibə Həsənova haqqında yazıdan sonra oxucular bir çox məqamlarla maraqlanmaq istədilər. Faktların azlığından bəzi məsələlərə aydınlıq gətirməmişdik. Sonradan Nəbibə xanımın özü ilə görüşüb bəzi detallara aydınlıq gətirdik. Həqiqətən də bu xanım çox məhsuldar, aktiv bir ömür yolu keçib.

Hazırda təqaüddə olan 83 yaşlı sabiq nazir Modern.az saytının əməkdaşı ilə söhbətində fəaliyyəti ilə bağlı bəzi məqamlara qısaca aydınlıq gətirdi:

“1955-ci ildə təhsilimi başa vuraraq Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun təyinatı ilə Azərbaycan Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən ixtisasım üzrə Əli Bayramov adına Tikiş fabrikinə mühəndis-mexanik vəzifəsinə işə götürüldüm. Orada yaşayış yeri verilmək şərti ilə əmək fəaliyyətimə başlayaraq 3 aydan sonra baş mühəndis təyin olundum. Ev əvəzinə isə fabrikin həyətində yaşayan bir neçə ailə ilə bizim kadrlar şöbəsinin yerləşdiyi 15 kvadrat metrlik otağı boşaldıb mənə verdilər. Fabrik iki növbəli işləyirdi. Odur ki, axşam növbəsi qurtarana qədər işdə olurdum.

Tələbə vaxtı Moskva, Leninqrad və başqa şəhərlərə praktikaya gedəndə bu fabriklərin iş texnologiyaları ilə tanış olduğum üçün Əli Bayramov adına fabrikdəki işin təşkili, işçilərin fəallığı zəif olduğundan, ən əsası mütəxəssis rəhbər praktik tikiş tikmək bilgisindən başqa heç bir texnoloji üsulları tətbiq etmək səviyyəsində olmadığı üçün plan yerinə yetirilmirdi. Ona görə məcbur olub Moldovanın Tiraspol şəhərində yerləşən Tikiş fabrikinə ezamiyyətə getdim. Bir həftə onların tətbiq etdikləri metodu-itkisiz biçim üsulunu öyrənib öz fabrikimizdə tətbiq etdim. 1956-cı ilin axırına kimi bütün göstərişləri yerinə yetirərək, 2 milyon əlavə gəlir əldə edə bildik. Beləliklə, 1955-ci ildən 1961-ci ildə qədər burada çalışdım. Bundan sonra rəhbərlik və dövlətimiz işimi yüksək qiymətləndirərək məni 1961-ci ildə Azərbaycan Yerli Sənaye və Məişət Xidmətləri Nazirliyinə nazir müavini təyin etdi. 2 ildən sonra, yəni 1963-cü ildə isə nazir vəzifəsinə təyinat aldım. O vaxtı Moskvada əsas jurnalların birində dərc edilən şəklin altında yazılmışdı: “SSRİ-nin ən cavan 29 yaşlı qadın naziri Nəbibə Həsənova”.
1968-ci ilin noyabrında isə Azərbaycan Nazirlər Sovetinin ticarət şöbəsinin müdiri təyin edildim.

_-1 _-2 _-3

?
?

_-6

?
?

bez-nazvaniya

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR