“XİN Tolikin cavabını verəcək”

Müğənni Natavan Həbibi prodüser Tolikin ifaçının doğum haqda şəhadətnaməsində dəyişiklik etməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. 78512

“Qafqazinfo”ya açıqlamasında sənətçi doğum haqda şəhadətnaməsində dəyişiklik etmədiyini, prodüserin sözlərinin Türkmənistanda qayda-qanunlara ciddi şəkildə  əməl edildiyini qeyd edib:

“Bu artıq həddi aşmaqdır, çünki Azərbaycanın Türkmənistanla hər sahədə yaxşı əlaqələri var və həmin ölkədə pul verməklə hər şeyi etməyin mümkün olması barədə yazı vermək artıq Türkmənistan kimi ölkəni aşağılamaqdır. Mən özüm Türkmənistanda olmuşam, ölkədə qanunlar kifayət qədər ciddi şəkildə icra olunur, hər hansı qanunsuz əmələ dərhal reaksiya verilir və nəzarət qaydasında tədbir görülür.Tolikin belə xarakterli yazısı ilə bağlı yəqin ki, aidiyyəti orqanlar, xüsusilə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz münasibətini bildirəcəkdir”.

Qeyd edək ki, Tolik sosial şəbəkədə ifaçını şəhadətnaməsində dəyişiklik etməkdə ittiham etmişdi:

“Yalançı elə bağırdı ki, az qaldı ürəyim partlasın. Adını da bilmirəm, çünki insan gedib doğum haqda şəhadətnaməsini dəyişibsə, buna ayrı sözüm yoxdur. Əgər sən şəhadətnaməni 2010-cu ildə alsaydın (guya itirmisən), mən sənə inanardım. Amma bu erməni söhbəti çıxandan sonra  gedib Türkmənistanda pul verib dəyişdin.  Bu əsas sübut etdi ki, sən azərbaycanlı deyilsən. Elgiz sənə o vaxt deyəndə ki, şəhadətnaməni göstər, niyə göstərmədin? Çünki o vaxt dəyişməmişdin. Belə şeylər bizə təsir etməz, hər şey sübut olundu. Gətir həqiqi şəhadətnaməni göstər. Dublikatlar bizə vız gəlir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR