Suriyanın taleyi Moskvada müzakirə olunacaq

78866060Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib

Türkiyə, Rusiya və İran 5 ildən çoxdur davam edən Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TGRT Haber” telekanalına müsahibəsində bildirib.

“Bizim məqsədimiz bütün Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaqdır”, – deyə o vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR