Putindən Ərdoğanla bağlı etiraf: Fikrimi dəyişirəm

Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı zamanı

Səfir Andrey Karlovun Ankarada qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərinin korlanmasına səbəb olmayacaq.

İstiPress-in məlumatına görə, bunu hazırda yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin, “The Wall Street Journal”ın əməkdaşının sualını cavablandırarkən deyib.

“Karlovun öldürülməsi Rusiya-Türkiyə münasibətlərini korlamaq üçün həyata keçirilən hücum idi. Rusiya təyyarəsinin vurulmasından sonra bu əmri verənlərin məqsədinin iki ölkə arasındakı münasibətləri korlamağa çalışdığı ilə bağlı səsləndirilən fikirlərə şübhə ilə yanaşırdım. Lakin artıq bu şübhələrdən uzağam”, – Vladimir Putin bildirib.

Rusiya prezidenti onu da əlavə edib ki, o, Rusiya təyyarəsinin vurulmasına dair əmri Türkiyə rəhbərliyinin verməsi ilə bağlı fikrini dəyişir.

Putin Türkiyə və İranın Hələbin azad edilməsində oynadığı roldan da danışıb. O bildirib ki, Türkiyə, İran və Bəşər Əsədin niyyəti yaxşı olmasaydı Hələbdən təxliyyə mümkün olmayacaqdı.

“Türkiyə və İran Hələbin xilasında böyük rol oynadı. Şəhərdən təxminən 100 min adam təxliyyə edildi. Bu dünyada ən böyük humanitar əməliyyat idi. Türkiyə prezidenti, İran rəhbərliyi və Suriya prezidenti Bəşər Əsəd olmasaydı bu uğurlu olmayacaqdı. Bundan sonrakı addım Suriyanın hər yerində atəşkəsin bərpa edilməsidir”, – Putin deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR