Türkiyəli iş adamından kürəkənə 8 milyonluq toy hədiyyəsi – Fotolar

Türkiyənin tanınmış iş adamı Ali Ağaoğlunun qızı Sena Ağaoğlu toyu olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, A.Ağoğlu toy hədiyyəsi olaraq kürəkəni Koray Kırcala 8 milyon dollarlıq villa bağışlayıb. Mərasim Çırağan sarayında baş tutub.

Dünyanın məşhur ulduzlarının qatıldığı gecədə Sena 300 min avro dəyərində olan 37 kiloqram ağırlığında gəlinlik geyinib.

Gecədə səhnə alan Sərdar Ortaç qonaqları əyləndirib. Müğənninin “Qızınızı istəməyə gələndə ilk reaksiyanız necə oldu” sualına iş adamı zarafatla “Qapıdan girdiyi an tüfəngimi əlimə alıb iki daraq mərmini üstünə boşaltdım”, – deyə cavab verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR