Bakıda zəncirvari yol qəzası baş verib
Qafqaznews.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, “Azadlıq” metro stansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz C-Klass” markalı avtomobil yol kənarında dayanan “Mercedes-Benz E-Class” markalı avtomobilə dəyib, ikincisi isə “VAZ-2107” və digər avtomobillərə dəyib.
Qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.