Azərbaycanın İrandakı keçmiş səfiri vəfat etdi

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib

Report xəbər verir ki, o, 80 yaşında ürək xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Ə.Səfərli Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR