Fransada qeyri-iş vaxtında işçiləri narahat etmək qadağan edildi

Yanvar ayının 1-dən etibarən Fransada qüvvəyə minmiş qanuna əsasən, rəhbər işçilərə işdən kənar vaxtlarda əməkdaşlarını narahat etmək qadağan edilib.
Virtualaz.org “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, bu qanun hələlik tövsiyə xarakteri daşıyır və icra üçün məcburi deyil.
Təhsil naziri Benua Hamon qanunu dəstəkləyərək deyib: “Əməkdaşlar fiziki olaraq ofisi tərk etsələr də, işi tərk etmirlər. Sanki bir it kimi elektron zəncirlə bağlıdırlar”.
Qanun 50-dən çox işçisi olan şirkətlərə şamil olunacaq. Lakin onun əleyhdarları da var. Onların fikrincə, onsuz da fransalılar hamıdan az işləyir – Olland hakimiyyətə gəldikdən sonra 35 saatlıq iş həftəsinə keçilib və pensiya yaşı azaldılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR