Fransada sosialistlər prezidentliyə namizədini müəyyənləşdirib

Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir. B.Amonun  yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.

 Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR