Fransa İranla nüvə razılaşmasını müdafiə edəcəyini vəd verib

Fransa hökuməti ABŞ prezidenti Donald Trampın əleyhinə çıxdığı İranla nüvə razılaşmasını müdafiə edəcəyini vəd verib.

“Report”un məlumatına görə, bu barədə “MIG News” Tehrana rəsmi səfər etmiş Fransanın xarici işlər naziri Jan-Mark Eyroya istinadən xəbər verib.

Lakin o vurğulayıb ki, İran da öz növbəsində razılaşmanın şərtlərinə əməl etməlidir. “Mən razılaşmanın müdafiəçisi kimi çıxış etməyə hazıram. Amma İran da bütün qaydalara şərtsiz əməl etməlidir” – deyə nazir bildirib.

O, həmçinin Fransa hökumətinin Vaşinqtonun bu məsələdə mövqeyi ilə razılaşmadığını da qeyd edib. “Fransa ABŞ administrasiyasının bu razılaşmaya münasibətindən ciddi narahatdır” – deyə Jan-Mark Eyro vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR