İranda İslam inqilabının 38-ci ildönümü qeyd edilir

İranda İslam inqilabının qələbəsinin 38-ci ildönümü qeyd edilir.

 Qafqaznews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü IRNA agentliyi məlumat yayıb.

Tehran və digər şəhərlərdə bayram yürüşləri keçirilir. İnsanlar İslam inqilabının şərəfinə şüarlar səsləndirirlər.

Yürüşdə İranın yüksək vəzifəli məmurları da iştirak edir.

Bu hadisəyə həsr olunmuş tədbirlər bütün ölkədə keçirilir. Kütləvi mitinq Tehranda Azadi meydanında keçirilir.

1979-cu ilin fevral ayında İran inqilabı şah Məhəmməd Rza Pəhləvini devirib, bu hadisədən sonra İrana inqilabın rəhbəri Ayətullah Xomeyni rəhbərlik edib. İranda kütləvi tədbirləri 280 xarici müxbir daxil olmaqla, 5200 KİV nümayəndəsi işıqlandırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR