“Bank Standard” açıq bazara çevrilib

1409208300bank_standart_logo_030512_2-350x262Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin məlumatında  bildirilmişdir ki,iddiaçı QSC “Bank Standard” KB-nin Hacıyev Rasim Əli Hüseyn oğluna qarşı pul ödənilməməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur .
 Qeyd edək ki, bir neçə il öncə Qapalı Səhmdar Cəmiyyət “Bank Standard” Komersiya Bankı ilə Rasim Əli Hüseyn oğlu Hacıyev arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən  bank tərəfindən illik 24 faiz ödənilməsi  şərti ilə iyirmi dörd ay müddətinə 68 300 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh Rasim Əli Hüseyn oğlu Haciyev başqasına məxsus olan  əmlakı QSC “Bank Standard” KB-nin Əcəmi filialında  girov qoymuşdur.
 Əlbəttə ,əksəriyyət bilir ki, bu günləri  heç bir bank, heç kimə elə -belə kredit vermir. Bankın Əcəmi filialının müdiri Manaf və onun Anar adlı köməkçisi 68 300 manat kreditin 13 faizini “şapka” şəkilində aldığına görə o krediti Rasim Əli Hüseyn oğluna gözüyumlu vermişdir. Rasim Əli Hüseyn oğlundan heç soruşulmamışdır ki,sən bu kreditlə nə iş görəcəksən , onu hara yatızdıracaqsan?
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, başqasının əmlakını  qirov qoyanda bankın Əcəmi filialının müdiri Manaf müəllim həmin əmlakın sahibindən heç soruşmayıb ki, “üç uşaq atasısan,sabah Rasim Əli Hüseyn oğlu Haciyev götürdüyü krediti qaytara bilməsə,evi də sənin əlindən alsaq, bəs sən ailənlə birlikdə harda yaşayacaqsan,axı bu sizin yeqanə evinizdi?!”
Ona görə soruşulmurdu ki, o vaxtlar QSC “Bank Standard” KB-nin sahibi Heydər Babayev İqtisadi İnkişaf naziri  idi . Sonra Rasim Əli Hüseyn oğlu Hacıyev həmin krediti qaytara bilmədiyinə görə QSC “Bank Standard” KB 68 300 manatın üstünə  öz astronomik faizlərini gəlib və son nəticədə  66 723 manat əsas borca 14 296,58 manat məbləğində faiz borcu, 11.041,08 manat isə  cərimə üzrə borc gələndən sonra  Rasim Əli Hüseyn oğlu Hacıyevin ümumlikdə borcu 92.060,66 manata gəlib çıxıb.
 Ancaq bank ,müştəriyə pulu ödəmək üçün   şans vermək əvəzinə, gözünü dikib Rasim Əli Hüseyn oğlu Hacıyevin  qoyduğu özgə əmlakına. Üçüncü tərəf də,yəni əmlakın sahibi,Nərimanov rayon məhkəmə icraçılarının onun xəbəri olmadan ,əmlakının qiymətləndirilməsi üçün “Sərraf–N” MMC –ə qöndərdiklərinə və “Sərraf-–N” MMC adlı qiymətləndirmə şirkətinin banka sərf etdiyi qiyməti çıxartdığına görə,onları cavabdeh kimi Nərimanov rayon məhkəməsinə vermişdir.
Onu da bildirək ki,ki,bu məsələdə daha bir şübhəli məqam üzə çıxır.Belə ki,məsələni araşdıranda açıqca sezmək olar ki, “Sərraf –N”MMC –nin bank ilə sanki  müəyyən yaxınlığı  var və onlar əlbir iş görürlər.Əgər belə olmasaydı ,həmin qiymətləndirmə şirkətinin nə marağı var idi ki,girov qoyulan əmlakı bazar qiymətindən dəfələrlə az qiymətləndir?!
Məsələdən agah olmayanlar üçün xatırladım ki,Bakı Nərimanov Rayon İcra Şöbəsinin 11.08.2012 –ci il tarixli sifarişinə əsasən “Sərraf –N”MMC tərəfindən  27.02.2012 –cil tarixdə qiymətləndirilmiş və hesabat təqdim olunmuşdur.
Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri, tanınmış hüquqşunas Tağı Hüseynov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) açıqlamasında bildirmişdir ki,hesabatda əmlaka 20. 10.2012 –ci il tarixdə baxış keçirilməsi göstərilsə də ,bu həqiqətə uyğun deyildir.
Bu o səbəbdən mümkün deyil ki,o əmlaka banka girov qoyulduğu zaman ,yəni, 2007 –ci ildə baxış keçirilmişdir.Təqdim olunan həmin hesabata əsasən mənzil 165 min manat dəyərində  qiymətləndirilmişdir.Bu qiymət isə ekspert hesabatının tamamilə əsassız olduğundan xəbər verir.Belə ki,göstərilən ünvanda yerləşən əmlakın minimal bazar qiyməti  400.000 manat təşkil edir.
Necə ola bilər ki, Bakı şəhərində ən bahalı ərazilərdən birində 3 otaqlı, super təmirli ev cəmi 165.00 manata dəyərləndirilsin? Onda, cavabdeh “Sərraf-N” MMC-nin qeyd olunan mənzili hansı əsaslarla bu cür aşağı qiymətə dəyərləndirilməsi sual doğurur.
Qeyd edək ki,təəsüflər olsun məsələ  ilə bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov  hansısa maraqlara görə üçüncü tərəfin Rayon İcra Şöbəsinə və “Sərraf” MMC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddianı əsassız sayaraq onu təmin etməmiş və bununla da çox ədalətsiz qərar çıxarmışdır.
Lakin bu qətnamə ilə bağlı  Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti edən əmlak sahibi ümid edir  ki,məhkəmənin bu mərhələsində hakim ədalətli qərar çıxaracaq və ümumiyyətlə  bu məsələdə  haqq-ədalət sonda  öz yerini tapacaq.
 İddianin təmin olunmamasını bilən bank isə öz növbəsində bu məqamda, amansızcasına, sanki krediti götürən və bankda əmlakını qirov qoyan şəxslər heç azərbaycanlılar yox,düşmən Ermənistanın vətandaşlarıdırlar ,təkrarən, yuxarıda göstərdiyimiz məbləgdən savayı  cavabdeh Rasim Əli Hüseyn oğlu Hacıyevun  Yasamal rayon məhkəməsinin 17 iyun 2009-cu il tarixli 2(004)-2424/2009 saylı qətnamə üzrə qalan 66 723 manat məbləğində əsas borcunun üstünə  illik 4,75 faiz yani illik 3.169,34 manat,aylıq olaraq isə 264.11 manat faiz gəlmişdir.
 Bankın qənaətinə görə  guya cavabdehin 45 ay müddətində kredit borcunu qaytarmaması nəticəsində banka  11.884,95 məbləğində zərər dəymişdir.
Bunu əsas gətirərək Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Komersiyya bankı Nərimanov rayon məhkəməsinə müraciət edərək ondan  xahiş edib ki, 11.884,95 manat məbləğində süni surətdə şişirdilmiş  həmin  pulun tutulması  haqda bankın xeyrinə qətnamə qəbul etsin.
Daha konkret desək ,bank istəyir ki, məhkəmə  həmin borcun bank qarşısında  ipoteka ilə yüklü edilmiş, Rasim Əli Hüseyn oğlu Haciyev tərəfindən  girov qoyulmuş üçüncü tərəfin əmlakına yönədilməsinə dair  qərar çıxarsın.
Fikir verin ,kredit veriləndə filial müdiri tərəfindən  böyük məbləğdə şapka alınır ,kredit illik, yüksək -24% -ə verilir,sonra əlavə faizlər, üstəlik axırda da hələ “Bank Standard”-ın Tamerlan adlı əməkdaşı başına bir qrup idmançı toplayıb üçüncü tərəfin qapısına gəlir ki,  bəs nə vaxt əmlakı satıb,bizə borclu olduğun faizləri,cərimələri və məbləği ödəyəcəksən?
Bundan başqa  bankın Əcəmi filialının müdiri Manaf müəllimin köməkçisi Anar,əmlakın sahibinə zənq edib  “Bandotdellə” hədə-qorxu gəlir ki, “evdən çıxmalısan,bu bizim evdir”.Bu günləri bəlkə  də “Bank Standard” bu iş prinsipi ilə işləmir,ancaq vaxtı ilə- Heydər Babayev nazir olanda ona arxalanıb Manafkimilər və onun işçiləri müştəriyə qarşı  belə təyziqlər və hədə-qorxular tədbiq edirdilər.
 Buna görə  artıq başqa çıxış yolu görmədiyindən üçüncü tərəf  prezident İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşır.Çünki  o bir qrup alverçi dəstənin qurduğu oyunun qurbanı olub,özü də bu bankın sahibinin nazir olan vaxtı.
Əmlak sahibi deyir ki,” bank hal-hazırda mənim əmlakımın üstünə elə  yüksək faizlər yükləyib ki,elə bil mən Azərbaycan Respublikasının yox,düşmən Ermənistan dövlətinin vətəndaşıyam,özü də milliyətcə də azərbaycanlı yox,sanki  erməniyəm.  Belə olmaz , bunlar nə vaxtacan Azərbaycan dövlətinin adından  millətə qan udduracaqlar.
 Qonşu Gürcüstan dövlətində elə bir vətandaş yoxdur ki,onun banka kredit borcu olmasın, ancaq  Gürcüstan dövləti  bunu başa düşür ki,vətəndaşının hal-hazırda ödəmə qabiliyyəti yoxdur.
Ona görə də öz vətəndaşlarını banklardan mümkün qədər qorumağa çalışır. Bu gün bizim bəzi  üzdəniraq “bazar banklarının ”  devizi,məntiqi belədir :“Siz müştərilər  verdiyimiz əmanəti vaxtında qaytarsaydız,biz o pula yumurta alacaqdıq,həmin yumurtadan  da toyuq əmələ qələcəkdi və sonra da toyuq yenidən yumurtalyacaqdı ”. Bunların vətəndaşlara yeritdikləri  devizə baxın.
 Deməli bunların sözündən  belə çıxır ki, güya ümid etdikləri  həmin yumurtanı vətəndaş sındırıb və bu səbəbdən də “bazar bankı”  yumurtasız qalıb. Ancaq bir anlığa fikirləşmirlər ki,bunların “yumurta pulunu” götürən düşmən deyil, onlar  da bu ölkənin tam hüquqlu vətəndaşlarıdır  və əgər vətəndaş pulu geriyə qaytara bilmirsə ,demək buna ciddi səbəblər var.
 Belə  banklar bunu araşdırmaq,faizləri  azaltmaq ,çətin vəziyyətdən çıxa bilməsi üçün  müştərilərə  mümkün qədər güzəştə getmək  əvəzinə , onsuz da iflas olan binəva  müştərilərilərə aman  vermir,onları tam məhv etmək siyasətini tuturlar.
 Yeri gəlmişkən , bu həqiqətləri görən,dilə gətirən  təkcə sadə adamlar deyil.Məsələn,bu yaxınlarda  Milli Məclisin plenar iclasında çıxışı zamanı  hörmətli  deputatımız  ,iqtisadçı Vahid Əhmədov  haqlı olaraq olaraq  deyib ki,”Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var “
Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı.
 Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”.
Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan qalxmalıdır”.
 Axı bunlar kimdilər?!Hansı qanunlara əsaslanırlar?!Ölkə qanunlarına əsaslanmaq əvəzinə, onlar  nə üçün  özbaşına çıxartdıqları  qeyri-rəsmi qanunları özlərinə bayraq tuturlar.
Bəlkə elə xalqı dövlətə qarşı qaldıran bir dəstədirlər?! Ona görə də vətəndaşların hamısı üz tutur mətbuata ki,qoy bankların  camaatın başına açdığı oyunlardan cənab prezidentin xəbəri olsun.
Bunların vətəndaşlara qarşı  belə amansız münasibəti  seçki qabağı  iqtidara qarşı anti-kompaniyaya  bənzəyir.Bəlkə bunlar vaxtı ilə vəzifələrini itirdiklərinə görə,indi bu yola əl atıb qisas almaq məqsədilə  əhalidə dövlətə qarşı nifrət oyatmaq istəyirlər.
Krediti verəndə bir soruşardınız ki,”ay ev sahibi sənin əmlakını özgəsi banka qirov qoyur,sənin bu evdən savayı evin varmı yaşamağa? Sabah üç uşaqla ailənlə harda yaşayacaqsan?!
Qanunla  biz sənin əmlakını qirov götürüb,Rasim Əli Hüseyn oğlu Haciyevə kredit verə bilmərik”Nə danışırsınız ,o vaxtı “Bank Standard” KB-nin qılıncının arxası da kəsirdi,qabağı da.
 Əcəmi filialının müdiri Manaf müəllimə maraqlı deyildi ki,əmlakı qirov qoyulan üçüncü tərəfin bundan savayı evi var ya yox.Onda Manaf müəlimi yalnız kredit buraxdığı məbləğin “şapkası” maraqlandırırdı…
Sənan Məmmədli
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR