Nazir: “Rusiya Azərbaycan üzərindən İrana qaz nəql etməyəcək”

Rusiya Azərbaycan üzərindən “svop” əməliyyatları vasitəsilə İrana qaz tədarük etməyəcək

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edib.

“Hazırda bu məsələ müzakirə olunmur”, – deyə nazir bildirib.

Qeyd edək ki, ötən ilin avqustunda A.Novak İranın cənubunda sıxılmış qaz zavodunun inşa edilməsini, bunun müqabilində Rusiyanın Azərbaycan üzərindən İranın şimalına qaz tədarük edəcəyini bildirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR