İranlı rejissor ikinci dəfə “Oskar” aldı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Oskar” mükafatı alan “Kommivoyajer” (“Satıcı”) filminin yaradıcı heyətini təbrik edib.

Trend-in məlumatına görə, nazir Tvitter-dəki səhifəsində yazıb: “Oskar” aldıqlarına görə İranın çəkiliş qrupunu təbrik edirəm”.

Xatırladaq ki, İranın “Kommivoyajer” filminin rejissoru Əsgər Fərhadi “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Onu da qeyd edək ki, bu, Ə.Fərhadinin ikinci “Oskar”ıdır. Onun “Nadir və Siminin boşanması” filmi 2012-ci ildə həmin nominasiyada mükafat almışdı.

*   *   *11:02

Fevralın 27-də “Oskar” mükafatının 89-cu təqdimetmə mərasimi keçirilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, iranlı rejissor Əsgər Fərhadi “Müştəri” filminə görə “Ən yaxşı xarici film” nominasiyasında mükafatlandırılıb.

Damyen Şazel “Ən yaxşı rejissor”, Keyzi Aflik “Ən yaxşı aktyor”, Emma Stoun “Ən yaxşı aktrisa”, “Moonlight” filmi isə “Ən yaxşı film” kateqoriyalarında qalib adını qazanıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR