“Oskar”ın səhv verilməsində günahı olan şəxslər işdən çıxarılacaq

“Oskar-2017” mükafatının təqdimetmə mərasiminin sonunda “Ən yaxşı film” nominasiyasında qalibin səhv elan edilməsinəgörə məsuliyyət daşıyan şəxslərişdən çıxarılacaq.

“Report” xəbər verir ki, bu bəyanatla Amerika Kino Akademiyasının prezidenti Şeril Bun Ayzeks çıxış edib.

“Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qalib filmə səhv verməyə görə məsuliyyət daşıyan səsvermə qrupunun əməkdaşları daha burada işləməyəcəklər”, deyə o bildirib.

Qəribə hadisə bazar günü keçirilən 89-cu təqdimetmə mərasimində baş verib. “Ən yaxşı film” nominasiyasında qalib elan edilən zaman Uorren Bitti “La-la Lend” ekran əsərinin adını çəkib. Filmin çəkiliş qrupu səhnəyə çıxdıqda isə məlum olub ki, əslində qalib “Ay işığı”dır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR