Bacısıgilə qonaq gəlib yeznəsini öldürdü – VİDEO

Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qanlı hadisə baş verib.

ARB TV xəbər verir ki, bacısıgilə qonaq gələn şəxs yeznəsinin canına qıyıb.

Bülbülə qəsəbə sakini 48 yaşlı Ramiz Həsənov yeznəsi 52 yaşlı Cavanşir Hacıyevlə bir masa arxasında yeyib-içdikdən sonra, aralarında mübahisə düşüb. Qəzəbini cilovlaya bilməyən qayın bacısının həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik maddələrdən istifadəyə görə, məhkumluq həyatı yaşamış Ramiz Həsənov saxlanılıb.

İlkin dindirilmə zamanı o, Cavanşir Hacıyevin bacısı ilə yaxşı rəftar etmədiyini, dəfələrlə yeznəsinə xəbərdarlıq etsə də, onun məhəl qoymadığını bildirib.


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR