Həmsədr: “Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir”

“Beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.

Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair təkliflərin olduğunu nəzərə çatdırıb.

Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR