Abbas Abbasovun oğlu ermənilərin təmsil olunduğu siyasi təşkilat yaradır

Məlumata görə, Aydın Abbasov ana nənəsi Göharik Voskanovnanın qohumlarının iştirakı ilə Gürcüstanda, Rusiyada və Türkiyədə olan dostları ilə birgə Türkiyədə yeni diaspor təşkilatı yaratmağa qərar verib. Yeni təşkilatda təmsil olunacaq şəxslər arasında Aydın Abbasovun əslən erməni olan dostları da var.

Ölkə ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın diqqətini çəkmək üçün Aydın Abbasov son vaxtlar sosial şəbəkədə fəallaşmağa başlayıb.

Eyni zamanda, Aydın Abbasov xaricdəki dostlarının iştirakı ilə İstanbulda tez-tez görüşlər keçirərək, onları bir təşkilatda birləşməyə çağırıb.

Parlamentə keçirilən son seçkilərə təkrar qatıla bilməyən Aydın Abbasov artıq yeni təşkilatda özünü sınamağa və sosial təbəqənin bu sahədə diqqətini çəkməkdə maraqlı görünür.

Xatırladaq ki, bu yaxınlarda mətbuatda Aydın Abbasovun erməni nənəsi ilə bağlı sənədləri yayımlanıb.

Həmin yazıda qeyd olunur ki, 1924-cü ildə Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni nənəsi Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

Atası Abbas Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Baş nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə “islam dinini” qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib.

Abbas Abbasovun həyat yoldaşı (Aydın Abbasovun anası) Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır. O, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.

Abbas Abbasov özü isə Baş nazirin müavini postundan kənarlaşdırıldıqdan sonra Moskvaya köçüb və bir müddət Rusiyadakı Azərbaycan diasporu arasında qalmaqala səbəb olub. Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti ilə bağlı diaspor təşkilatları tərəfindən dəfələrlə tənqidə tuş gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR