Fatma Yolçiyeva “Bizim Dövr” qəzetinin sponsoru olub?

Sələm qalmaqalında adı hallanan xanım Qafqaz Xəbər Agentliyini məhkəməyə verib

Daimi oxucularımıza məlum olduğu kimi, keçən ildən bəri Südef Məcidov adlı vətəndaş redaksiyamıza müraciət edərək Fatma Yolçiyeva tərəfindən onun əmlakının ələ keçirilməyi ilə bağlı məlumat vermişdi. Sudef Məcidov Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində F.Yolçiyevanın onun obyektini geri qaytarmaq üçün 850 min manat pul tələb etdiyini bildirmiş və sözlərinin həqiqi olduğunu isbatlamaq üçün, agentliyə F.Yolçiyevanın etirafları yer alan videogörüntülər təqdim etmişdi.

Əməkdaşlarımızın araşdırması zamanı, dəfələrlə Fatma Yolçiyevanın da mövqeyini öyrənmək cəhdi göstərilmiş, lakin F.Yolçiyeva niyə zəng etdiyimizi öyrənəndə dəstəyi atmışdı. S.Məcidovun müraciəti əsasında apardığımız araşdırma nəticəsində bəlli oldu ki, bu xanımın ictimaiyyətdə müdafiəçilərindən biri də “Bizim Dövr” qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəfli olub.

Belə ki, məhz Qafqaz Xəbər Agentliyinin araşdırmasından sonra, bir sıra saytlar bizim yazıları istinadla dərc etmiş və Fatma Yolçiyevanın etirafları, S.Məcidovun şikayətləri geniş auditoriyanın diqqətinə çatdırılmışdı. Bundan sonra, “bizimdovr.az” saytında “İş adamı şantaj olunur” başlıqlı yazı dərc olunmuş və bildirilmişdi ki, “bəzi KİV-lər Fatma Yolçiyeva haqqında böhtan xarakterli, sifarişli yazılar dərc edirlər”. Sudef Məcidovun şikayətlərində gətirdiyi arqumentləri birtərəfli, heç bir əks-arqument olmadan şantaj və böhtan adlandıran yazı müəllifinin məqsədi bizi də maraqlandırdı.

Həmçinin, S.Məcidovun şikayətini birinci dərc edən KİV olaraq, “bəzi saytlar” ifadəsi altında nə gizlədiyini öyrənməyə çalışdıq. Qafqaznews.az əməkdaşı “Bizim Dövr” qəzetinin redaksiyasına zəng etdikdə, orda çalışan Kamal adlı şəxs F.Yolçiyevanı “Bizim dövr”ün yaxın adamı adlandırmış və ona görə, bəzi saytlarda dərc olunan yazıları şəxsən sildirdiyini demişdi. Daha sonra Hikmət Nəcəfli redaksiyamıza zəng edərək, təkrarən, F.Yolçiyevanın onlara yaxın olduğunu bildirmişdi.

“Bizim Dövr” qəzetinin kollektivi F.Yolçiyeva barədə onların yaxını olduğunu bildirəndən sonra, bizdə belə bir sual yarandı: “Bəlkə F.Yolçiyeva əldə etdiyi qazancdan “Bizim Dövr” qəzetinə sponsorluq edib? Hətta hüquq mühafizə orqanları ətraflı araşdırma aparsalar, kim bilir, bəlkə də “Bizim Dövr”lə Fatma Yolçiyeva arasında əməkdaşlıq barədə yeni nüanslar da aşkarlaya bilərlər…

Xatırladaq ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın imzası ilə, aprelin 4-də keçiriləcək məhkəmə hazırlıq iclası ilə bağlı bildiriş məktubu gəlib. S.Səlimovanın məktubunda bildirilir ki, Fatma Məhəmməd qızı Yolçiyeva Qafqaznews.az-a qarşı məhkəmə iddiası qaldırıb və saytdan onun “şərəf və ləyaqətini alçaltdığına görə”, 50 min manatın tutularaq onun adından Kimsəsiz Uşaqlar Evinə köçürülməsini tələb edir (Təəsüflər olsun FatmaYolçiyeva konkret olaraq hansı Kimsəsiz Uşaqlar Evini nəzərdə tutduğunu demir və görəsən Fatma Yolçuyeva nə vaxtsa Kimsəsiz Uşaqlar Evlərinə yardım edibmi?).

İddia ərizəsində Fatma Yolçiyeva bildirir ki, guya Qafqaznews.az saytı “əvvəl məhkumluq həyatı yaşayan” Sudef Məcidov ilə əlbir olaraq, onun şərəf və ləyaqətinə alçaldıcı böhtanlar yazır, külli miqdarda pul tələb edir. Ərizədə qeyd olunur ki, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (sözügedən nazirlik 2015-ci ilin dekabrında ləğv olunub – red.) reket jurnalistlərə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra, Qafqaznews.az saytı onunla bağlı bütün materialları silib və yazıları dayandırmaq üçün ondan S.Məcidov vasitəsilə 100 min manat tələb edib: “Mən bundan imtina etdikdə, onlar yenidən mənim alçaldıcı şəkillərimi və ifadələrimi yerləşdirmişlər”.

Əgər Fatma Yolçiyeva iddia ərizəsində qeyd etdiyi, DTX tərəfindən həbs olunan jurnalistləri reket sayırsa… Bəs niyə həmin jurnalistlərdən biri – “Bizim dövr” qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəfli vasitəsilə Qafqaznews.az-dan yazıları sildirməyə çalışır, Bizimdovr.az saytında guya ona böhtan atdığımızla bağlı yazılar dərc etdirirdi? Qafqaz Xəbər Agentliyinin əməkdaşları ilə “Bizim Dövr” qəzetinin əməkdaşlarının səs yazılarını da oxuculara təqdim edirik.

Mahmud Rasimoğlu

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Sələmçi Fatma Yolçiyeva məni aldadıb əmlakımı ələ keçirdi” – KONFRANS (FOTO,VİDEO)

http://qafqaznews.az/2017/02/s-l-mcill-r-az-rbaycan-c-miyy-tinin-viruslaridir-t-hlil/http://qafqaznews.az/2017/02/s-l-mcil-r-olk-iqtisadiyyatina-z-rb-vurur-huquq-muhafiz-orqanlari-t-hlil/

http://qafqaznews.az/2016/06/s-l-mcil-ri-ifsa-ed-n-sudef-m-cidova-qarsi-t-zyiql-r-basladi/
http://qafqaznews.az/2016/06/131479/
http://qafqaznews.az/2016/06/s-l-mcil-rd-n-dolya-alan-m-murlar-hakiml-r-v-polisl-r-movqe/
http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/07/s-l-mci-fatma-yolciyevanin-tor-una-dus-n-v-t-ndasin-xanimi-zakir-qaralova-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/08/din-ictimaiyy-ti-aldadir-arasdirma-foto-video/
http://qafqaznews.az/2016/06/s-l-mcil-r-t-r-find-n-muflis-edil-n-v-t-ndas-prezident-muraci-t-etdi/

http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-hakiml-r-pul-buraxir/
http://qafqaznews.az/2016/06/131479/

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR