Məhkəmə uşaq bağçası tərbiyəçisinin işdən qanunsuz çıxarılması ilə bağlı qərar verdi

Məmurlar qanunu pozan direktora qarşı niyə ölçü götürmür?

31 oktyabr 2016-cl il tarixdə Kavkaznews.az saytında “Bakı ŞİH məhkəmənin qərarını icra etməkdən imtina edir” başlıqlı məqalə dərc olunub. Məqalədən bəlli olur ki, 38 saylı uşaq bağçasının tərbiyəçisi heç bir əsas olmadan işdən qovulub. 7 aprel 2016-cı ildə Aynyr Mahmudova öz işinə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. 4 iyulda Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə zəng edərək ona göstərilən informasiya dəstəyinə görə təşəkkürünü bildirdi: “ 1 iyul 2016-cı ildə Yasamal rayon məhkəməsinin hakimi Aytən Mirzəzadə mənim işdən qanunsuz çıxarılmağımla bağlı qərar qəbul etdi.

Mən indi 22 il qüsursuz çalışdığım sevimli kollektivimə qayıtmaq istəyirəm. Mənim haqlı olduğuma inandığınız və problemimi geniş işıqlandırdığınız üçün sizin kollektivə təşəkkür edirəm”.

Ancaq problem davam edib. Bu barədə Aynur Mahmudova LEGİON-a aşağıdakıları söyləyib: “ Yasamal rayon məhkəməsi 38 saylı uşaq bağçasının müdirəsi Sədaqət Qəribovanın mənimlə bağlı əmrinin ləğv olunması, mənim işə bərpa olunmağım və mənə dəyən zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul etdi. Ancaq bağça müdirəsi məhkəmənin qərarı ilə razılaşmadığı üçün apellyasiya şikayəti verdi. 2016-cı ilin dekabrında Apellyasiya məhkəməsinin Kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Sədaqət Qəribova bu dəfə də razılaşmadığı üçün Ali Məhkəməyə şikayət etdi. 4 aprel 2017- cil tarixdə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı”.

Aynur Mahmudova bizimlə söhbətində ona göstərilən informasiya dəstəyi üçün yenidən Kavkaznews.azQafqaznews.az saytlarına təşəkkürünü bildirdi. Əgər Aynur Mahmudovanın dedikləri həqiqətdirsə və məhkəmə instansiyaları onu işə bərpa edibsə, deməli bağça müdirəsinin əmri qanunsuz olub. Biz qanunsuz əmrlə işiçini işdən qovan bağça müdirəsi ilə bağlı hansı ölçü götürdüyünü araşdırmaq qərarına gəldik. Bunun üçün Bakı ŞİH-nin Uşaq evləri və məktəbəqədər müəssisələr İdarəsi ilə əlaqə saxladıq. İdarənin Fəxridə adlı ( o soyadını demədi ) əməkdaşı bizə bildirdi ki, bu suala ancaq idarənin rəisi Eldar Yunusov cavab verə bilər.

Biz Eldar Yunusovun fikrini öyrənmək istəsək də onun katibəsi LEGİON-a bildirdi ki, rəisi iclasdadır. Biz 38 saylı bağçanın müdirəsi Sədaqət Qəribovanın da fikrini öyrənməyə çalışdıq. Qəribovanının sözlərinə görə, Ali Məhkəmənin qərarı ilə bağlı məlumatlıdır. Müxbirimizin “ Aynur Mahmudovanın işdən qovulmasına Uşaq evləri və məktəbəqədər müəssisələr İdarəsi” necə baxır” sualına bağça müdirəsi sualla cavab verdi: “ Siz həmin idarəyə niyə müraciət etmirsiniz?”. “Mən Eldar Yunusovla əlaqə saxlaya bilmədim” deyən mübirimizə bağça müdirəsinin cavabı belə oldu: “ Mən ancaq onu deyə bilərəm ki, adıkeçən idarə bağçada yoxlama apardı və heç bir çatışmazlıq aşkar etmədi”.

Müxbirimiz yenidən “İdarə Aynur Mahmudovanın işdən çıxarılmasına münasibət bildirdimi” soruşanda Sədaqət Qəribova “Mənim vəkilim sizinlə əlaqə saxlayıb suallarınıza cavab verəcək” deyərək dəstəyi asdı. Məsələ ilə bağlı hüquq müdafiəçisi Murad Sadəddinov LEGİON-a aşağıdakıları söylədi: “Uşaq evləri və məktəbəqədər müəssisələr İdarəsi qanunsuz əmr verən ( hansıki, həmin əmr məhkəmə tərəfindən ləğv olunub) bağça müdirəsi ilə bağlı mütləq tədbir görməlidir. Hansı tədbir görülməsini isə İdarə həll etməlidir”.

 Rəşad Rüstəmov

LEGİON

Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2017/02/38-sayli-usaq-bagcasinin-direktoru-m-tbuatdan-n-ist-yir/
http://qafqaznews.az/2016/12/bagcadan-qanunsuz-qovulan-t-rbiy-ci-baki-apellyasiya-m-hk-m-sind-d-qalib-g-ldi/
http://qafqaznews.az/2016/11/38-sayli-usaq-bagcasinda-bir-usagi-nec-y-q-bul-edirl-r-audio/
http://qafqaznews.az/2016/10/yasamal-polisi-38-sayli-bagcadaki-hadis-ni-ort-bastir-edir/
http://qafqaznews.az/2016/09/polis-38-sayli-usaq-bagcasinda-bas-ver-n-hadis-ni-arasdirmaq-ist-mir/
http://qafqaznews.az/2016/09/bagcada-t-rbiy-ci-qizimi-doyub-amma-kamera-yazisini-gizl-dirl-r/
http://qafqaznews.az/2016/07/qafqaz-x-b-r-agentliyinin-daha-bir-q-l-b-si-hakim-m-nim-isim-qayitmagimla-bagli-q-rar-verdi/
http://qafqaznews.az/2016/05/125968/
http://qafqaznews.az/2016/05/bas-prokurorluq-korrupsiya-haqqinda-sikay-tl-ri-cavabsiz-qoymaga-davam-edir/

http://qafqaznews.az/2016/04/baki-meriyasi-ictimaiyy-ti-aldadir-video-audio/

http://qafqaznews.az/2016/04/usaq-bagcasinda-kutl-vi-qizdirma-hallari-bas-verir-s-hiyy-nazirliyi-t-dbir-gormur/
http://qafqaznews.az/2016/04/bas-prokurorluq-korruprsiya-haqqinda-sikay-tl-r-diqq-t-ayirmir/
http://qafqaznews.az/2016/04/118724/
http://qafqaznews.az/2016/04/valideynl-r-x-rac-od-m-kd-n-imtina-edirl-r/
http://qafqaznews.az/2016/04/bagca-direktorunun-biznes-f-aliyy-ti-sikay-t-video-audio/
http://qafqaznews.az/2016/10/hacibala-abutalibovun-ovladi-da-d-mir-x-tkesl-doyuls-ydi-n-ed-rdi/


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR