“Dedi ki, qəşəng dükan var” – Marketdən oğurluq edənlər saxlanıldı – VİDEO

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yerləşən marketlərdən birindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Mədət Hüseynov və Füzuli rayon sakini Kənan Mustafayev saxlanılıb.

ARB TV xəbər verir ki, hər iki şəxs ilkin ifadələrində marketdən pul, tütün məmulatları və spirtli içkilər oğurladıqlarını bildiriblər.

Mədət Hüseynov – Saxlanılan şəxs: “Yol ilə gedirdim. Ceyhun və Kənan qabağıma çıxıb dedi ki, qəşəng dükan var. Gedib dükana girib, əlimi qapının arasından salıb mişarla kəsdim, sonra qıfılı çıxartdım”.

Kənan mustafayev – Saxlanılan şəxs: “İçəridən 300 manat pul, 2 monitor, 100 manat dəyərində də siqaret götürdük. Mən kameranı götürdüm, o, dükanın qırağına malları yığırdı mən də daşıyıb aparırdım”.

Qeyd edilən faktlarla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR