“İlin Dörd Fəsli” MMC sayt və jurnalistə qarşı olan maddi iddasından imtina etdi – ƏRİZƏ

Uzun müddətdir ki, “İlin Dörd Fəsli” MMC ilə KİV-lərdən biri arasında gedən məhkəmə çekişməsində yenilik ortaya çıxıb. Ölkə mətbuatının verdiyi məlumata görə, MMC iddiasında olan maddı tələbdən imtina edib, yalnız saytdan təkzib verilməsini istəyir. Sözügedən MMC-nin hüquqşunası Mehman Muradlının məhkəməyə ünvanladığı ərizəni təqdim edirik:

“Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına

2(105)-2114/2017 saylı iş üzrə iddiaçı “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Telman oğlu Muradlı tərəfindən

Ə R İ Z Ə

“İlin Dörd Fəsli” MMC cavabdehlər “Legion İnformasiya Agentliyi” MMC və Əhmədadə Rüfət Seyidəhməd oğluna qarşı işgüar nüfuzun müdafiəsi və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir.
İddiamızı onunla əsaslandırmışdıq ki, 15.07.2016-cı il tarixdə “Legion İnformasiya Agentliyi” MMC-nin təsisçisi olduğu legion.az saytında “Yeni Bakıda” binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda “İlin Dörd Fəsli” MMC-nin işğüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmaması olmuşdur. Biz maddi ziyan kimi “İlin Dörd Fəsli” MMC-yə 193367 manat və işgüzar müdafiəsi üçün 50 000 manat, ümumilikdə 243367 manat məbləğində pulun cavabdehlərdən tutularaq “İlin Dörd Fəsli” MMC-nin hesabına ödənilməsi, təkzib verilməsi və üzr istənilməsini xahiş etmişdik.
İş üzrə cavabdeh Əhmədadə Rüfət Seyidəhməd oğlunun maddi durumunu, himayəsində azyaşlı övladının olmasını və son günlər mətbuatda hansısa bir məişət probleminə görə intihar edəcəyi xəbərinə əsasən və iş üzrə digər cavabdeh “Legion İnformasiya Agentliyi” MMC yeni yaranmış informasiya saytı olduğunu, maddi durumları qənaətbəxş olmadığını nəzərə alaraq bizim cavabdehlərə qarşı iddianın maddi və işgüzar nüfuza dəymiş zərərin əvəzinin tələb edilməsi hissəindən imtina edirik.
İddianın digər hissəsindən, yəni 15.07.2016-cı il tarixdə “Legion İnformasiya Agentliyi” MMC-nin təsisçisi olduğu legion.az saytında “Yeni Bakıda” binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda “İlin Dörd Fəsli” MMC-nin işğüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan və bununla bağlı təkzib verilməsi tələbimizin təmin edilməsini xahiş edirik.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi

Mehman Muradlı”

Ölkə mətbuatının  əldə etdiyi məlumata görə, bu gün Apellyasiya Məhkəməsində  hakim İlham Əsədovun sədrliyi ilə keçirilən prosesdə qətnamə çıxarılıb və “İlin Dörd Fəsli” MMC-nin  son tələbi  təmin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR