İranda AES “silkələndi” – ZƏLZƏLƏ

İranın Buşəhr əyalətindəki Şabankareh şəhərində Rixter cədvəli ilə 3,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar atom elektrik stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 60 kilometr məsafədə qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itki olmadığı barədə məlumat verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR