“Konstitusiya məhkəməsini rüşvətxorluqda günahlandırmaq böhtan sayılır”

Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyində (Kavkaznews.az və Qafqaznews.az ) Bakı şəhər sakini Fatma Yolçiyeva barəsində silsilə məqalələr dərc olunmuşdu. Məqalədə sahibkar Südef Məcidov bidirir ki, Fatma Yolçiyeva ona sələmə ( faizə ) pul verib və dələduzluq yolu ilə ona məxsus mağazanı ələ keçirib.

Məqalələr dərc olunandan sonra Fatma Yolçiyeva Xətai rayon məhkəməsinə müraciət edərək şərəf və ləyaqətinin alçaldılması ilə bağlı Qafqaz Xəbər Agentliyinə qarşı iddia qaldırıb. Yolçiyeva öz iddiasında cavabdeh tərəfdən 50 min manat təzminat tutulmasını və bu pulu uşaq evlərindən birinin hesabına köçürülməsini xahiş edib. O, eyni zamanda məhkəmədən Qafqaz Xəbər Agentliyinin təkzib verməsini xahiş edib. Və tələb edib ki, bu işdə cinayət halı ortaya çıxarsa, agentliklə bağlı müvafiq orqanlara müraciət olunsun.

Məsələ ilə bağlı LEGİON-a açıqlama verən agentliyin nümayəndəsi İlqar Abbasov bildirib ki, Fatma Yolçiyevanın tələbi nonsensdir, çünki mülki işə baxan hakim cinayət əlamətlərini axtarmaqla məşğul olmur.

İlqar Abbasovun dediklərinə görə, 25 aprel 2017-ci il tarixdə Fatma Yolçiyevanın iddiası əsasında növbəti məhkəmə iclası oldu: “Məhkəmə iclasının əvvəlində Yolşiyeva iclasda yox idi. Məhkəmə iclası zamanı hakim Səadət Səlimova Yolçiyevanın hüquqi nümayəndəsindən tələb etdi ki, konkret göstərsin ki, hansı məqaləni, hansı cümləni Yolçiyeva üçün təhqir hesab edir. Hüquqi nümayəndə bildirdi ki, bütün məqalələri məhkəməyə təqdim ediblər. Hakim bir daha bildirdi ki, iddiada şərəf və ləyaqətin alçaldılmasına səbəb olan konkret məqalə, konkret ifadə göstərilməlidir”.

Qafqaz Xəbər Agentliyinin digər nümayəndəsi Aqil Qəhrəmanov isə müxbirimizə bildirib ki, Südef Məcidovun agentliyə təqdim etdiyi rolikdə Fatma Yolçiyeva deyir ki, Apellyasiya, Ali və Konstitusiya məhkəmlərinə rüşvət verib: “ Mən Fatma Yolçiyevanın bu sözlərini hakimin nəzərinə çatdırdım. Həmin vaxt Fatma Yolçiyeva artıq məhkəmə zalında idi. O,mənim sozlərimə cavab olaraq dedi ki, mən rüşvət vermişəm və yaxşı eləmişəm”.

Əgər Aqil Qəhrəmanovun dedikləri həqiqətdirsə, Yolçiyevanın rüşvət verməsi cinayət əməlidir. Həqiqətənmi, Fatma Yolçiyeva vəzifəli şəxslərə rüşvət verməsini etiraf edib? Bu məsələyə aydınlıq gətirmək üçün Fatma Yolçiyevaya müraciət etdik. O, bildirdi ki, bu yalandır, mən belə söz deməmişəm: “ Siz məndən nə istəyirsiniz? Mənim barəmdə nə qədər yazmaq olar? Məni rahat buraxın”.

Xatırlatma üçün bildirək ki, 19 oktyabr 2016-cı il tarixdə saytda “Nə üçün sələmçi Fatma Yolçiyeva indiyədək azadlıqda gəzir?” başlıqlı məqalə dərc olunub. Məqalədəki videorolikdə Fatma Yolçiyeva təsdiq edir ki, o Apellyasiya, Ali və Konstitusiya məhkəmələrinə 260 min manat rüşvət verib. Yolçiyevanın dedikləri ilə bağlı Konstitusiya məhkəməsi aparatının rəhbərinin köməkçisi Ruslan ( soyadını demədi ) belə şərh etdi: “Bu həqiqətə uyğun məlumat deyil. Əgər kimsə başqasını rüşvət almaqda ittiham edirsə, mütləq ortaya dəlil-sübut qoymalıdır. Əks təqdirdə bu böhtan sayılır”.

Çingiz Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

“Sələmçi Fatma Yolçiyeva məni aldadıb əmlakımı ələ keçirdi” – KONFRANS (FOTO,VİDEO)

http://qafqaznews.az/2017/02/s-l-mcill-r-az-rbaycan-c-miyy-tinin-viruslaridir-t-hlil/http://qafqaznews.az/2017/02/s-l-mcil-r-olk-iqtisadiyyatina-z-rb-vurur-huquq-muhafiz-orqanlari-t-hlil/

http://qafqaznews.az/2016/06/s-l-mcil-ri-ifsa-ed-n-sudef-m-cidova-qarsi-t-zyiql-r-basladi/
http://qafqaznews.az/2016/06/131479/
http://qafqaznews.az/2016/06/s-l-mcil-rd-n-dolya-alan-m-murlar-hakiml-r-v-polisl-r-movqe/
http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/07/s-l-mci-fatma-yolciyevanin-tor-una-dus-n-v-t-ndasin-xanimi-zakir-qaralova-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/08/din-ictimaiyy-ti-aldadir-arasdirma-foto-video/
http://qafqaznews.az/2016/06/s-l-mcil-r-t-r-find-n-muflis-edil-n-v-t-ndas-prezident-muraci-t-etdi/

http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-hakiml-r-pul-buraxir/
http://qafqaznews.az/2016/06/131479/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR