Bakıda film kimi cinayət: 1 gün sonra görüş -(Fotolar)

62967_res_01Xətai Rayon Polis İdarəsinin əməkdaşları quldurluq cinayətinin üstünü açıblar.

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayon sakini Nail Rzayev sentyabrın 4-də 3 nəfər maskalı şəxsin onun evinə quldur basqını etməsi barədə polisə ərizə verib. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər – Bakı şəhər sakinləri, 28 yaşlı Amid Qasımov, 26 yaşlı Ümid Cəfərov və 19 yaşlı Mirağa Cəfərov isti izlərlə yaxalanıblar.

İstintaqla müəyyən edilib ki, Amid Qasımovla Ümid Cəfərov quldurluğun planını əvvəlcədən hazırlayıblar. Onlar Nail Rzayevin evində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu ehtimal edərək onu soymaq qərarına gəliblər.

Saxlanılan şəxslər əvvəlcədən mağazadan yapışqan lent, əlcək və oyuncaq tapança alıb, Nail Rzayevin yaşadığı evin qarşısına gəliblər. Ümid Cəfərov ev sahibini tanıdığından aldatma yolu ilə içəri daxil olub. Bir qədər sonra isə plana əsasən çöldə gözləyən Amid Qasımovla Mirağa Cəfərov başlarına maska keçirərək evə basqın ediblər. Onlar Nail Rzayevi vuraraq yerə yıxıb, sonra ayaqlarını yapışqan lentlə bağlayıblar. Saxlanılan şəxslər ev sahibini öldürəcəkləri ilə hədələyib pul və qızıl, eləcə də maaş kartını, kartın kodunu tələb ediblər. Lakin evdən heç nə tapa bilməyiblər.

Öldürüləcəyindən qorxan ev sahibi ertəsi gün maskalı şəxslərə 1000 manat pul verəcəyini vəd edib. Saxlanılan şəxslər Nail Rzayevə məxsus 2 ədəd telefonu və 1 ədəd qızıl üzüyü də götürərək evdən çıxıblar. Ertəsi gün Nail Rzayevdən 1000 manat pulu almaq istəyərkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıblar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

62968_src62971_src62972_src62969_src62970_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR