Makron Fransa Prezidenti olsa, ilk səfərini hara edəcək?

Fransa prezidentliyinə namizəd, sabiq iqtisadiyyat naziri Emmanuel Makron prezident seçiləcəyi təqdirdə, ilk növbədə, ölkə xaricindəki Fransa qoşun bölmələrinə baş çəkəcək.

Trend-in məlumatına görə, E.Makron fransalı hərbçilərin terrorizmlə mübarizə və təhlükəsizlik naminə ölkə hüdudlarından kənarda döyüşdüklərini vurğulayıb.

Qeyd edək ki, Fransada “İrəli” hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR